Friday, 27 December 2024 -
far
azr
tur
rus
Qafqaz bölgəsi ilə bağlı son xəbərlər, təhlillər və məqalələr
Siyasət və beynəlxalq münasibətlər
Konfranslar və görüşlər
Mədəniyyət və Cəmiyyət
İqtisadiyyat
İdman
Ana səhifə
Arxiv
Dünya
İran
Cənubi Qafqaz
Azərbaycan
Azərbaycan
Qarabağ
Naxçıvan
Gürcüstan
Ermənistan
Şimali Qafqaz
Dağıstan
Çeçenistan
inquş
Balkar Kabardyanv
Cranberry Çay Charkas
Adige
Şimali Osetiya
Rusiya
Türkiyə
Xəzər
İslam
İslam tarixi və mədəniyyəti
Şəxsiyyətlər
Hicab
Ailə
Əhkam
İslam Peyğəmbəri (s) və imamların (ə) həyatı
Dağliq Qarabaq
Müsahibələr
Təhlil
Nəşrlər
Newsletter
Xüsusiyyətlər
kitabxana
Haqqımızda
Əlaqə
Məqalə
Tarix :
2016 Apr 03
Kod
48364
Short Link
:
Azərbaycan İslam Partiyası şəhid ailələrinə başsağlığı verdi + FOTO
Azərbaycan İslam Partiyası işğalçı Ermənistan ordusunun növbəti təxribatı nəticəsində təmas xəttində baş verən qarşıdurma ilə bağlı bəyanat verib.
AranNews-
bəyanatda düşmən qüvvələrinə qarşı qəhrəmancasına vuruşaraq şəhid olan hərbçilərimizin ailələrinə və vətənpərvər xalqımıza başsağlığı verilib.
İşğalçı Ermənistanın torpaqlarımızı 25 ildən artıq təcavüz altında saxlayan quldur dəstələrinin yenidən atəşkəsi pozması şəksiz ki, məqsədli xarakter daşıyır. Gücü və döyüş qabiliyyəti tükənmiş düşmən dünyanın diqqətini cəlb etmək üçün mütəmadi qarşıdurma yaradır, hətta buna döyüş texnikasının və olan-qalan hərbçilərinin ordumuz tərəfindən məhv edilməsinə rəğmən çalışır. Status kvonun birdəfəlik dondurulması məqsədini qarşıya qoyan hiyləgər düşmən ölkəmizin ərazi bütövlüyünə ikili standartlarla yanaşan beynəlxalq təşkilatların, dünyanın güc mərkəzlərinin, konfliktin tənzimləməsini öhdəsinə götürən ATƏT-in Minsk qrupunun qeyri-obyektiv münasibətlərindən və qətiyyətsizliyindən sui istifadə edərək beynəlxalq hüquq normalarını kobudcasına pozur.
Təmas xəttində baş verən son insident və onun istilaçılar üçün ağır nəticəsi qəhrəman Azərbaycan ordusunun döyüş şücaətini bir daha göstərdi. Texnika və canlı qüvvə tərəfindən ağır itki verən işğalçı Ermənistan ordusu Azərbaycanın torpaqlarında sərbəst davranmağın mümkün olmadığını anlamalı, yuvasına qayıtmalıdır.
Şanlı hərbçilərimizin qəhrəmanlıq səhifələrini alqışlayır, şəhid olanların ailələrinə, yaxınlarına və bütövlükdə xalqımıza baş sağlığı veririk.
Yazılıb
da (də)
2016 Apr 03
Göndərən
مدير سايت Aran News
Açar sözlər
arannews
qarşıdurma
Azərbaycan İslam partiyası
Təmas xətti
şəhid ailələri
baş sağlığı
Azərbaycan ordusu
Azərbaycanın torpaqları
İşğalçı Ermənistan