Tarix : 2016 Apr 03
Kod 48368

Rusiya Türkiyə-Suriya sərhədinin bağlanmasını istədi

Rusiyanın xarici işlər naziri BMT-dən terrorçuların Türkiyədən Suriyaya daxil olmasına mane törətmək üçün 2 ölkə arasında olan sərhədin bağlanılmasını tələb edib.
AranNews- Rəsmi Moskva BMT-dən Türkiyə-Suriya sərhədinin bağlanmasını tələb edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-dən terrorçuların Türkiyədən Suriyaya daxil olmasına mane törətmək üçün 2 ölkə arasında olan sərhədin bağlanılmasını tələb edib.
Sergey Lavrov deyib: “Rəsmi Moskva və Vaşinqtonun Suriya prezidenti Bəşər Əsədin taleyi ilə bağlı ortaq qərara gəlməsi real olmayan məsələdir. Bizim aramızda olan razılaşmalar Suriya böhranının həlli üçün lazım olan köklü addımlarla bağlıdır. Vaşinqton 2 ölkə arasında olan müzakirələri yanlış olaraq təqdim edir. Əsədin taleyini Suriya xalqı təyin edəcəkdir. Amerika öz müttəfliqlərini Suriya böhranı ilə bağlı hansısa addımı atmağa məcbur edə bilməz.”


  • Yazılıb
  • da (də) 2016 Apr 03
  • Göndərən مدير سايت Aran News