Rusiyanın BMT-dəki nümayəndəsi Türkiyəni İŞİD-i sulah və döyüş təchizatı ilə təmin edən əsas ölkə adlandırıb.
AranNews- Redaksiyamızın "Rusiya Əlyovm" qəzetinə istinadla verdiyi xəbərə görə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin cümə günü Təhlükəsizlik Şurasına məktub yazaraq Türkiyəni Suriyada İŞİD-i sulah və döyüş təchizatı ilə təmin edən əsas ölkə adlandırıb. Məkubda Türkiyə kəşfiyyat aparatının və 3 qeyri-dövlət qurumunun da bu hərəkətə nəzarət etdiyi qeyd edilir.
V. Çurkin əlavə edib: "Moskva, Türkiyənin Suriyada İŞİD-ə verdiyi qeyri-qanuni silah və hərbi təchizat barədə fakt və sübutları BMT-nin TŞ-na təqdim edib".
O, Türkiyənin kəşfiyyat xidmətinin və qeyri-dövlət qurumlarının İŞİD-in ixtiyarında 1 milyon 900 min dollar dəyərində partladıcı maddələr və kimyəvi maddələr qoyması barədə məlumat verərək vurğulayıb: "Bu hərbi yüklər humanitar yardımlar adı ilə göndərilən karvanlar vasitəsilə İŞİD-ə ötürülür".
Rusiyanın BMT-dəki daimi nümayəndəsi V. Çurkinin TŞ-na təqdim etdiyi məktubda həmçinin qeyd olunub: "Suriyada İŞİD-ə ötürülən partladıcı və kimyəvi maddələr Türkiyə ərazisində hazırlanır".