Ermənistan prezidenti Serj Sərkisyan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə hərbi yardım barədə saziş bağlanması barədə məsələ qalıdırb.
AranNews- Qondarma “DQR” rejimi Qarabağ münaqişəsinin həlli üçün Rusiyaya müraciət edib.
bu barədə separatçı rejimin Moskvadakı “nümayəndəliyinin rəhbəri” Albert Andryan RİA-ya bildirib.
Andriyan bəyan edib ki, separatçı rejim münaqişənin həlli olunması üçün Rusiyanın və digər ölkələrin köməyinə ümid edir: “Dağlıq Qarabağ münaqişənin geniş miqyaslı müharibəyə keçməməsi üçün Rusiyanın köməyinə ümid edirik”.
Eyni halda, Ermənistan prezidenti Serj Sərkisyan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə hərbi yardım barədə saziş bağlanması barədə məsələ qalıdırb.
Sərksiyan bu barədə Təhlükəsizlik Şurasının keçirilən iclasında açıqlayıb: “Xarici İşlər Nazirliyi bu hərbi yardım haqqında saziş üzərində işləmələdir. Mətn hazırlandıqdan sonra təcili parlamentə göndərilməlidir”.
Sərksiyan belə müqavilə bağlanması üçün Bişkek sazişini əsas gətirib.