Tarix : 2016 Apr 04
Kod 48378

Azərbaycan hərbi əməliyyatları dayandırır

Azərbaycan cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərar verir.
AranNews- Azərbaycan Müdafiə Nazirliyinin yeni açıqlamasında qəarar belə izah edilir:
«Beynəlxalq qurumların təkidli müraciətləri və Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsinin nəticəsi olaraq Silahlı Qüvvələr işğal olunmuş ərazilərimizdə əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırır. Azad olunmuş ərazilərin və torpaqların müdafiəsini gücləndirmə tədbirlərinin təşkilinə başlanması barədə qərar qəbul edir»
Nazirliyin bildirməsinə görə, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini, mövqelərini təkrar atəşə tutulmasını davam etdirəcəyi təqdirdə artıq bu qərar qüvvəsini itirmiş olacaq:
«Qoşunlarımız silahlanmada olan bütün vasitələrdən istifadəyə məhdudiyyət qoymadan işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması məqsədilə hücum əməliyyatlarını davam etdirəcəkdir»-deyə Azərbaycan Müdafiə Nazirliyi bildirir.
  • Yazılıb
  • da (də) 2016 Apr 04
  • Göndərən مدير سايت Aran News