İŞİD terror qruplaşmasının ünsürləri qaçmaqdadırlar.
AranNews- Suriyanın Homs vilayətində İŞİD-in əsas ikinci məkanının təmizlənməsi ilə bu terror qruplaşmasının ünsürləri şəhərə bitişik dağlara qaçmaqdadırlar və Suriya ordusu Qəritin şəhərinə daxil olub.Qəritin şəhəri 2015-ci ilin avqust ayında işğal olunub və Palmira şəhəri azad olunduqdan sonra Homs vilayətində İŞİD-in son qalası idi. Hal-hazırda Suriya ordusunun mühəndis-istehkam bölmələri İŞİD-in bu şəhərdə quraşdırdığı bomba və minaları zərərsizləşdirməkdədirlər.