Tarix : 2016 Apr 04
Kod 48383

sionist rejimi islam abidələrini məhv etmək niyətindədilər

Sionist rejim böyük obyektlərin inşası layihəsini təsdiqləməklə Qüds Şərifin islam və ərəb abidələrini dağıtmaq və onları yeni məkanlarla əvəzləmək ardıncadır.
AranNews- Fələstin İslam Hərəkatının üzvü sionist rejimin Qüdsdə islam abidələrini məhv etmək üzrə yeni məkrli planı barədə xəbərdarlıq edib.
Qüds və əl-Əqsa Məscidinin məsələləri üzrə müşaviri və Fələstin İslam Hərəkatının üzvü ƏLi Əbuşeyxə bildirib: Sionist rejim böyük obyektlərin inşası layihəsini təsdiqləməklə Qüds Şərifin islam və ərəb abidələrini dağıtmaq və onları yeni məkanlarla əvəzləmək ardıncadır.
Əli Əbuşeyxə əlavə edib: Sionist rejim Silvan şəhərciyinin Vadi Həlvə bölgəsinin girişində Kidim obyekti inşa edərək Qüds-Şərifin cənub hissəsini dağıtmaq istəyir.
Əbuşeyxə həmçinin deyib: Qüds şəhərinin qədim cənub hissəsində ardıcıl qazıntılar nəticəsində bir çox fələstinlinin evi çökmüşdür.


  • Yazılıb
  • da (də) 2016 Apr 04
  • Göndərən مدير سايت Aran News