AranNews- Ali-Xəlifə rejimi hərbçiləri Bəhreyn vətəndaşlarının aksiyasına hücum ediblər.
Ali-Xəlifə rejimi qüvvələri Bəhreynin şimal bölgələrində keçirilən vətəndaşların aksiyasına qarşı gözyaşardıcı qazdan istifadə ediblər.
Bəhreynli etirazçılar bu ölkədə Formula-1 avtomobil yarışlarının keçirilməsinə etiraz edbilər. Bəhreyn vətəndaşlarının qənaətincə, Ali-Xəlifə rejimi Formula-1 yarışlarını təşkil etməklə ölkədəki cinayətlərini ört-basdır edir.
Bəhreynlilər bildirirlər ki, Ali-Xəlifə rejimi belə beynəlxalq yarışları təşkil etməklə Bəhreyndə vəziyyətin normal olduğunu dünyaya göstərməyə çalışır.
Bəhreynlilər ölkə rəsmilərini siyasi və hüquqi fəallara qarşı hərəkətlərinə son qoymağa çağırıblar.