Suriya prezidenti deyib: Hazırkı həssas şəraitdə hər bir ölkə öz xalqına söykənməli və böhranın həlli üzrə hər cür addımda xalqın adət-ənənələri nəzərdə tutulmalıdır.
AranNews- Suriya prezidenti deyib: Bziim Suriyadakı böhrandan aldığımız ən mühüm dərs budur ki, Qərb etimad ediləsi deyil və hər bir məsələnin həlli üçün Qərbə söykənmə mümkünsüzdür.
Bəşşar Əsəd Suriyanın durumuna toxunaraq, vurğulayıb ki, Qərb BMT və beynəlxalq hüquqlarla bağlı prinsiplərdən kənar bir siyasət yürüdür. Bu üzdən, böhran zamanı kənarımızda olan ölkələri dostluq üçün seçməliyik.
Əsəd vurğulayıb: Biz bu böhranda insani zərərlər çəkmişik. Bununla belə, elə bir dünyada yaşayırıq ki, hazırda siyasətdə heç bir beynəlxalq hüquq və ya etika mövcud deyildir. Amma hər nədən öncə, istər dini, istərsə də siyasi olursa-olsun, hər cür təəssübçülükdən uzaq durmaq lazımdır, zira bu iş cəmiyyət üçün dağıdıcıdır.
Suriya prezidenti deyib: Hazırkı həssas şəraitdə hər bir ölkə öz xalqına söykənməli və böhranın həlli üzrə hər cür addımda xalqın adət-ənənələri nəzərdə tutulmalıdır.
Suriya prezidenti vurğulayıb: Suriyada xalq və ordu öz torpaqlarını terrorçuların vücudundan tam şəkildə təmizləmək üçün əzmkardırlar və bu məsələ bəhsolunası məsələ deyildir.