Bəhreyn rejiminin xalqın demokratik tələblərini yatırmaq üzrə polis və təhlükəsizlik seçimlərinin faydasızlığı sübuta yetib və böhranın çözümü üçün dialoq zamanı gəlib çatıbdır.
AranNews- Ali-Xəlifə rejimi müxaliflərlə danışıqlar barədə dünya ictimaiyyətinin istəyini yerinə yetirməkdən boyun qaçırmaqda davam edir.
Bəhreyn İnsan Haqları Göztəçisi Təşkilatının dini azadlıqlar üzrə məsul şəxsi Şeyx Meysəm Salman deyib: Bəhreyn rejimi müxaliflərlə danışıqlar barədə dünya ictimaiyyətinin istəyini yerinə yetirməkdən boyun qaçırmaqda davam və dialoq yerinə, repressiya və zorakılıq kimi üsullardan istifadə edir.
Şeyx Salman vurğulayıb: Bəhreyn rejiminin xalqın demokratik tələblərini yatırmaq üzrə polis və təhlükəsizlik seçimlərinin faydasızlığı sübuta yetib və böhranın çözümü üçün dialoq zamanı gəlib çatıbdır.
Salman deyib: Bəzi mediaların məzhəbi fitnə və təhrik üzrə səyləri xalqın milli və islami birliyə söykənməsi və tayfa siyasətlərini rədd etməsi sayəsində uğursuz qalacaq.
Bəhreyn insan haqları üzrə bu məsul şəxs sonra deyib: Zahiri hərəkətlərlə dünya ictimaiyyətini Bəhreyndə demokratiya və islahatların mövcudluğuna qane etmək üzrə cəhd beynəlxalq ictimaiyyətin Bəhreynin dərin və köklü islahatlara ehtiyacı haqda inamını zəiflədə bilməz.
Bəhreyn 2011-ci il xalq inqilabının yatırılmasından bəri siyasi islahatlar istəyən həmin ölkənin xalqı tərəfindən etiraz dalğalarının şahididir.