Tarix : 2016 Apr 04
Kod 48388

Sionist rejim, ermənipərəst xəbərlər yayımlayır

Dünən Azərbaycana qarşı erməni-düşmənin təxribatı sionistlərin bəzi saytlarında həqiqətə uyğun olmayan tərzdə yayımlanıb.
AranNews- 2008-ci ildə Xatinski Boris tərəfindən təsis olunan İsrailin rus dilli "İzrus" saytı Azərbaycan əleyhinə cəbhə xəbərləri yayır.
Sayt, rəhbərləri terrorçu olan qondarma "Dağlıq Qarabağ respublikası"na istinadən Azərbaycanın dünənki döyüşlərdəki itkisini 200 nəfər göstərərək, ermənilərin 18 itki verdiyini yazıb. Bu cür dezinformasiyalarla bu sayt erməni tərəfində olduğunu gizlətməyib.
Azərbaycan Ordusunun rəsmi açıqlamasını və ya Azərbaycanın rus dilli saytlarına istinad etmədən qarşı tərəfin bu xəbərlə bağlı mövqeyini dərc etməyən "İzrus" saytı bu xəbəri Azərbaycan Ordusunun uğursuzluğu kimi qələmə verib.
Qeyd edək ki, bu sayt Azərbaycanda yaşayan bəzi siyasətçilərlə əlaqəsinin oduğunu gizlətmir, hətta bəzən İslam və islamçılar əleyhinə münasibətləri də bu siyasətçilərə istinadən onların adlarını qeyd etmədən dərc edir.
  • Yazılıb
  • da (də) 2016 Apr 04
  • Göndərən مدير سايت Aran News