Dağlıq Qarabağda atəşkəsin pozulması ilə bağlı Gürcüstan hakimiyyəti ciddi narahatlıq keçirir.
AranNews- bu gün Gürcüstanın baş naziri Georgi Kvirikaşvili XİN rəhbəri, güc nazirliklərinin, parlament komitəsinin sədrləri ilə görüş keçirib.
Gürcüstan baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, iştirak edən rəsmilər baş nazirə Dağlıq Qarabağdakı hazırkı vəziyyətlə bağlı bütün məlumatları təqdim ediblər.
“Baş nazir vəziyyətin kəskinləşməsindən ciddi narahatlıq keçirdiklərini bildirib. O, beynəlxalq ictimaiyyətin səyləri ilə gərginliyin aradan qaldırılacağına ümid etdiyini vurğulayıb. Kivrikaşvili bəyan edib ki, regionda sülh və sabitliyin təmin olunması çox mühüm məsələdir”.
Bu gün həmçinin Ermənistanın müdafiə naziri Seyran Ohanyan gürcü həmkarı ilə telefon söhbətində baş verən hadisələri müzakirə edib.