Sionistlər ekspansianist siyasətlərinin davamında üç fələstinli şəhidin mənzilni dağıdıblar.
Arannews- Sionist rejim hərbçiləri bu rejimin ekspansianist siyasətlərinin davamında üç fələstinli şəhidin mənzilni dağıdıblar.
bazar ertəsi günü işğal olunmuş Qüdsdə baş vermiş bu mənzillərin dağıdılmasının ardınca həmin məntəqə sakinləri ilə sionist işğalçılar arasında şiddətli döyüşlər baş verib. Sionistlər gözyaşardıcı qaz və rezin güllələrlə fələstinliləri yatırmağa başlayıblar.
Sionist hərbçilər həmçinin 2016-cı ilin əvvəlindən bəri İordan çayının qərb sahili boyunca təqribən 400 yaşayış binası və digər binaları dağıdıblar ki, bu rəqəm 2015-ci ildə dağıdılmış bütün binaların sayından çoxdur.
Fələstinli evlərinin dağıdılması və sionist qəsəbələrin genişlənməsi sionistlərin xeyrinə və işğal olunmuş ərazilərdə demoqrafiyanı dəyişmək məqsədilə həyata keçirilir.
Digər tərəfdən, sionist hərbçilər fələstinlilərə qarşı hücumlarının davamında onlardan on altı nəfərini İordan çayının qərb sahilində həbs ediblər.
Fələstinli Əsirlər Klubu bir bəyanatda bildirib ki, Qüdsü işğal etmiş hərbçilər Nablus, Beyt-Ləhm, Ramullah və Əlxəlil şəhərlərinə basqın edərək, azı on altı fələstinlini həbs ediblər.