Tarix : 2016 Apr 05
Kod 48393

Türkiyədə etiraz aksiyasi

Türkiyə xalqi hökumət əleyhinə aksiya keçiriblər.
Arannews- Türkiyə polisi bu ölkənin cənub-şərqində Qəhrəmanmaraş vilayətində hökumət əleyhinə aksiyanı yatırıb.
Türkiyə mediaları bazar ertəsi günü bildiriblər: Təhlükəsizlik qüvvələri aksiyanı yatırmaq üçün gözyaşardıcı qazlardan istifadə ediblər.
Bir qrup sakin vilayətin Qədiroğlu şəhərində düşərgənin yaradılmasına etiraz edib və onun yığışdırılmasını istəyib.
Türkiyə təhlükəsizlik qüvvələri 6 etirazçını həbs ediblər.
Bu aksiya 9 gün öncədən düşərgənin salınmasına etiraz olaraq davam edir və etirazçılar bildirirlər ki, bu düşərgə əl-Nüsrə Cəbhəsi və İŞİD terror qruplaşmalarının məkanına çevriləcək.
Digər tərəfdən Türkiyə polisi hökumətə müxalif Qarşı qəzetində çalışan 4 jurnalisti həbs edib.
Bu həbslər Türkiyə hökumətinin müxalif media və jurnalistlərə qarşı davamlı repressiyası çərçivəsində baş tutub.


  • Yazılıb
  • da (də) 2016 Apr 05
  • Göndərən مدير سايت Aran News