İran Ermənistan Və Azərbaycan ilə qonşudur. İran münaqişənin həllinə yardım edə bilər. Müharibə problemin həlli deyil.
Arannews- “Ermənistan ordusu işğal altında olan Azərbaycan ərazilərini tərk etməlidir”.Bunu İran İslam Şurası Məclisinin üzvü Nadir Qazipur deyib.
N. Qazipur bildirib ki, Azərbaycan müstəqil ölkədir və Ermənistan bu ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması qəbuledilməzdir, buna son verilməlidir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.
N. Qazipur deyib ki, İran hər iki ölkə ilə qonşudur və əlaqələri var: “İran danışıqlara qatıla və münaqişənin həllinə yardım edə bilər. Müharibə problemin həlli deyil”.
Ermənilərin atdığı bir neçə top mərmisinin Şərqi Azərbaycan ərazisinə düşməsinə münasibət bildirən N. Qazipur deyib ki, İran qeyri-sabitliyin və təhlükənin ərazisinə keçməsinə icazə verməyəcək.