Arannews- Azərbaycan Respublikasinda 6 min tələbə cəbhədəki hadisələrə görə ayağa qalxdı. Bakı Dövlət Universitetinin qarşısında Qarabağda döyüşlərdə iştirak edən hərbçilərə dəstək aksiyası keçirilib.
Universitetdən bildirilib ki, aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatınəticəsində şəhid olmuş hərbiçilərimizin və mülki şəxslərin ruhunu yad etmək və ordumuza dəstək məqsədi ilə tədbir keçirilib.
Universitet qarşısında toplaşan 6 minə yaxın tələbə qarşısında BDU-nun rektoru Abel Məhərrəmov çıxış edərək şəhidlərimizin doğmalarına səbr diləyib.
Rektor bildirib ki, Ermənistan hərbi qüvvələri artıq bir neçə gündür Azərbaycan kəndlərini, yaşayış məntəqələrini böyük miqyaslı silahlar – top və pulemyotlardan atəşə tutur, Azərbaycan hərbi mövqelərinə ardıcıl zərbələr endirir:
“Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün Ermənistan silahlı qüvvələrinə lazımi cavabı verib.
Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır”.
tələbələr işğal ölünmuş əraziləri yad tapdağından azad etməyə hər an hazır olduqlarını bildirib, Azərbaycan əsgərinə müraciət qəbul ediblər.
Azərbaycan respublikasi əsgərləri böyük bir məsuliyyət üzərinə götürdüyünü bildirən tələbələr Ali Baş Komandan əmr verərsə hər birinin ön cəbhəyə gedib işğal ölünmuş əraziləri azad edənədək vuruşmaq əzmində olduqlarını ifadə ediblər. Tədbir iştirakçıların Azərbaycan himnini səsləndirməsi və “Qarabağ bizimdir, bizim olacaq” şüarları ilə başa çatıb.