Tarix : 2016 Apr 05
Kod 48396

Qarabağ böhranının İŞİD-ə faydası

Yaxın Şərqdə İŞİD kimi ekstremis və terrorçu qrupların güclənməsinə diqqət etməklə Qarabağda gərginlik və qarşıdurmanın yenidən qızışması sözü gedən radikal qrupların fəaliyyəti və qüvvə toplaması üçün şərait yarada bilər.
AranNews- Azərbaycan dövləti şənbə günü Ermənistanla döyüşlərdə bir neçə hərbçisinin şəhid olması xəbərini verdi. Müdafiə Nazirliyinin verdiyi məlumatda ötən 24 saat ərzində yaranmış qarşıdurmada ölkə ordusunun 12 əsgərinin şəhid olduğu açıqlandı. Hər iki ölkənin müdafiə nazirlikləri qarşı tərəfi təhrikedici hərəkətlər etməkdə günahlandırıb. Azərbaycan MN-nin məlumatında deyilir ki, erməni silahlı bölmələri top və ağır silahlardan istifadə etməklə cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 127 dəfə pozub. Ermənistan tərəfi də bildirib ki, Azərbaycan ordusu tank və helkopterlərdən istifadə etməklə bu ölkənin sərhədlərinə hücum edib. Yerevanın deməyinə əsasən, Azərbaycan ordusuna məxsus bir neçə tank vurulmuşdur.
Azərbaycanın MN-i birtərəfli olaraq Qarabağda başlamış qarşıdurmanı dayandırdığını, lakin hücuma məruz qalarsa, buna cavab verəcəyini elan etdi.
SSRİ-nin parçalanmasından sonra müstəqillik qazanmış Azərbaycan və Ermənistan respublikaları bir neçə onillikdir ki, Qarabağa sahiblik uğrunda ixtilafdadırlar və hər iki ölkənin sərhədləri neçə illərdir ki, müharibə vəziyyətindədir.
Qarabağ məntəqəsi bu iki ölkənin sərhədlərində yerləşir və hal-hazırda onun əhalisinin çoxu ermənilərdən ibarətdir. Amma SSRİ zamanında bu məntəqə Azərbaycanın ərazisi olmuşdur. Qarabağ, 1991-ci ildə müstəqillik elan etdi. Amma onun bu hərəkəti 3 illik müharibə ilə nəticələndi. 1994-cü ildə Azərbaycan və Ermənistan atəşkəs müqaviləsi imzaladı. O vaxtdan arabir atəşkəs pozulur.
Yaxın Şərq məsələləri üzrə ekspert doktor Rəhmət Haci Minenin sözlərinə görə, “Azərbaycan və Ermənistan respublikaları arasında 1994-cü ildə atəşkəs elan olunmasından indiyədək misli görünməyən qarşıdurmanın başlanması bir neçə əsaslı mövzunu göstərir”.
Ekspert bunu izah edərək deyib: “Birincisi, 20 illik atəşkəsin hökm sürməsinə baxmayaraq, qarşıdurmanın yenidən başlanması göstərdi ki, bu zaman ərzində onların arasındakı ixtilaf kül altında olan köz kimi hələ də öz yerində qalmışdır və təkcə zahiri təlaşların nəticəsində iki ölkə arasında qarşıdurmanın genişlənməsinin və ciddi forma almasının qarşısı alınmışdır. Bu vəziyyətı “nə müharibə və nə sülh” tərif vermək daha münasibdir.
İkincisi, iki ölkə arasında qarşıdurmanın yenidən başlanması göstərdi ki, ərazi münaqişəsi üçüncü minillikdə də qarşudurmalar yaradan əsas oyunçuların istifadə etdiyi kart olaraq qalacaq.
Üçüncüsü budur ki, Qarabağ konfliktinin həlli istiqamətində fəaliyyət göstərən beynəlxalq qurumlar, o cümlədən ATƏT-in Minsk qrupunun təlaşları uğursuzluqla nəticələnib”.
Ekspert həmçinin vurğulayıb: “Münaqişənin yeni dövrü göstərdi ki, transregional qruplar belə qarşıdurmalarda kompleks formul təqdim etmədən məsələni həll etməyə qadir deyil. Ona görə də Azərbaycan və Ermənistan arasında ixtilaflar 90-cı illərin əvvəllərində olduğu kimi hələ də qalmaqdadır, onun davam etməsi və genişlənməsi təhlükəsi vardır”.
Konfliktin yenidən başlanmasının səbəblərinə toxunan doktor Hacı Mine deyib: “Bunun əsas səbəbi hər iki ölkə tərəfəfindən millətçilik atmosferində izlənən tarixi və ərazi ixtilaflarıdır. Başqa sözlə, bu məsələyə millətçi yanaşma, millətçilik maraqları əsasında olan hərəkətlər, hər iki camiədə daxili qrupların təzyiqi, üstəlik, hər iki tərəfin öz siyasi qanuniliyini qorumağa çalışması, iki ölkə arasında böhran və ixtilafın davam etməsinin səbəbləri ola bilər”.
“İran, bu məsələ qarşısında hansı mövqei tutmalıdır?” sualını cavablandıran doktor Hacı deyib: “Qarşıdurma tərəflərinin hər ikisinin İranın şimal qonşusu olmasına diqqət etməklə, onların arasında konfliktin gərginləşməsi İranın sərhədlərində məntəqənin sabitsizliyinə səbəb olacaq. Ona görə də İranın XİN-nin münasibət bildirdiyi kimi bu məsələ sülh qrupları çərçivəsində güc işlətmədən dinc yolla həll olunmalıdır.
Qarşıdurma regionun geopolitikasına diqqət etməklə sabitsizliyin artması bu bölgədə İranın milli təhlükəsizliyi üçün uzunmüddətli mənfi nəticələr yarada bilər. Ona görə də İranın diplomatiya fəallarının məsələni dinc yolla həll etməyə cəhd göstərərək məntəqədə davamlı sülhə nail olmağı izləmələri gözlənilir”.
“İŞİD kimi terrorçu qruplar yaranmış böhrandan öz məqsədləri üçün yararlana bilərmi?” sualını cavablandıran ekspert deyib: “Ekstremist və radikal qrupların genişlənməsi barədə son təcrübələr göstərir ki, bu qruplar sabitlik olmayan, gərginlik və qarşıdurma yaşanan məntəqələrdə formalaşır və zühur edir. Yaxın Şərqdə İŞİD kimi ekstremis və terrorçu qrupların güclənməsinə diqqət etməklə Qarabağda gərginlik və qarşıdurmanın yenidən qızışması sözü gedən radikal qrupların fəaliyyəti və qüvvə toplaması üçün şərait yarada bilər. Müşahidələr göstərir ki, bu günləri ekstremis və terrorçu qruplar sabitlik olmayan məntəqələrdə axıcı yerdəyişmə taktikasından istifadə edirlər”.
O, əlavə edib: “Qarşıdurma bu məntəqədə və bu zamanda şiddətlənərsə, terrorçu və ekstremis qruplar ən azından dünyanın diqqətini terrorizmlə mübarizədən yayındırmaq məqsədilə Qarabağdan da Suriya və İraq kimi faydalana bilərlər”.
“Rusiyanın ötən iyirmi ildə olduğu kimi yenə də Azərbaycan və Ermənistan arasındakı böhrana müdaxilə etməsi mümkündürmü?” sualını cavablandıran ekspert deyib: “Qarabağın tarixində və taleyində Rusiyanın qədim və aktiv roluna, həmçinin onun Ukrayna və Suriyadakı son hərəkətlərinə diqqət etməklə rusların öz xəlvət həyatı və mühüm məntəqə hesab etdikləri regiona nəzarəti əldə saxlamaq üçün müdaxilə etmələri gözlənilir”.
Doktor Hacı Mine əlavə edib: “Böhranın həlli istiqamətində Minsk qrupunun ümdə roluna baxmayaraq, Rusiya cəhd edir ki, Minsk qrupu çərçivəsində qarşıdurmanın güclənməsinə mane olsun, üstəlik, Suriya məsələsində icra etdiyi kimi neçə tərəfli diplomatiya ilə bu məntəqədə də digər oyunçularla öz əməkdaşlığını gücləndirsin”.
  • Yazılıb
  • da (də) 2016 Apr 05
  • Göndərən مدير سايت Aran News