toplantıya Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstanın Xəzərin hüquq statusunun müəyyənləşdirilməsi ilə bağlı işçi qrupun üzvləri qatılacaq.
AranNews- Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən 44-cü iclası öz işinə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçıları və XİN rəhbərləri səviyyələrində keçirilən görüşlər ciddi nəticələrin əldə olunması üzrə mövqelərin daha da yaxınlaşması üçün səylərin birləşdirilməsi üçün əlverişli imkanlar yaradıb.
Xarici işlər naziri qeyd edib ki, Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı ölkələrin suverenliyi və hüquqlarına hörmət çərçivəsində, eləcə də tərəflər arasında etibarın gücləndirilməsi yolu ilə həll olunmalıdır: "Konvensiyanın ən yaxın zamanda imzalanması Xəzəryanı ölkələrin qarşılıqlı əlaqəsi və əməkdaşlığına yardım edəcək".
X.Xələfov bildirib ki, Bakıda Xəzərin dəniz ətraf mühitinin müdafiəsi üzrə Çərçivə Konvensiyasının VI konfransının keçirilməsi planlaşdırılır.
"Azərbaycan tərəfi Bakıda Katibliyin yerləşdirilməsi haqqında razılaşma layihəsini hazırlayıb və həmin layihəni Xəzəryanı ölkələrə təqdim edib", - nazir müavini əlavə edib.
Qeyd edək ki, iclasda həmçinin Rusiya prezidentinin dövlət sərhədinin MDB ölkələri ilə delimitasiyası və demarkasiyası üzrə nümayəndəsi İqor Bradçikov, Tİranın xarici işlər nazirinin müavini İbrahim Rahimpur, Qazaxıstanın xüsusi tapşırıqlar üzrə səfirir Zülfiyə Amanjolova və ürkmənistan prezidenti yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin rəhbəri Muradgeldi Atadjanov iştirak ediblər.