İŞİD terror qruplaşması sarin qazından istifadə edərək Suriyanın Deyruz-Zur vilayətində suriya ordusunun hərbi hava bazasına hücum edib .
Arannews- İŞİD terrorçuları Suriyanın Deyruz-Zur vilayətinə bir daha kimyəvi silahla hücum ediblər.
İŞİD terror qruplaşması ötən gecə sarin qazından istifadə edərək Suriyanın Deyruz-Zur vilayətində suriya ordusunun hərbi hava bazasına hücum edib və bir neçə nəfəri yaralayıb. Hələlik bu hücumun tələfatı barəsində dəqiq məlumat verilməyib. Bildirildiyinə görə, İŞİD bu hücumu hərbi hava bazasını ələ keçirmək məqsədilə edib.
İŞİD-in əsas mərkəzi olan Suriyanın Riqqə vilayətini İraqdakı terrorçulara birləşdirən Deyruz-Zur vilayəti əsas strateji məntəqədir.
Suriya ordusu və xalq qüvvələrinin son bir neçə ayda uğurları səbəb olub ki, İŞİD terrorçuları bu ölkədə cinayətlərini artırsınlar.
Suriya ötən beş ildə terror qruplaşmalarının cinayətlərinin şahidi olmuşdur.