Tarix : 2016 Apr 05
Kod 48406

Elmar Məmmədyarov İrana getdi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ramsarda keçirilən Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşündə iştirak etmək üçün İrana yola düşüb.
AranNews- Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Ramsarda keçirilən Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşündə iştirak etmək üçün İrana yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyinin “twitter” səhifəsində məlumat verilib.
Görüşdə üçtərəfli regional əməkdaşlıq layihələri və qarşılıqlı faydalı əməkdaşlığa xidmət edən digər məsələlər müzakirə olunacaq.
Bununla yanaşı, E. Məmmədyarov həmkarlarını cəbhədə yaranmış vəziyyət və Ermənistanın təxribatları barədə məlumatlandıracaq.
  • Yazılıb
  • da (də) 2016 Apr 05
  • Göndərən مدير سايت Aran News