sionist rejiminin vitse-spikeri Azərbaycan tərəfinin Qarabağ cəbhəsində həyata keçirdiyi cavab əməliyyatlarını tənqid edib.
Arannews- sionist rejiminin parlamentinin (Knesset) vitse-spikeri cəbhə xəttindəki son hadisələrlə bağlı Ermənistana dəstək ifadə edərək Azərbaycan tərəfinin Qarabağ cəbhəsində həyata keçirdiyi cavab əməliyyatlarını tənqid edib.
İrəvanda səfərdə olan vitse-spiker Tali Ploskov erməni həmkarı Hermine Nağdalyanla görüşündə Azərbaycanın cavab əməliyyatlarını bütün regiona qarşı yönəlmiş "terrorçu" fəaliyyət adlandırıb. Ermənistanın işğalçı maraqlarını müdafiə edən Tali Ploskov Bakını erməni mövqelərinə qarşı əməliyyatları dayandırmağa çağırıb.