Tarix : 2016 Apr 06
Kod 48410

Suriyada çoxlu sayda terrorçu məhv edilib

Suriya ordusu İŞİD terrorçularının toplaşdığı məkanı raket və minaatanla atəşə tutub. Nəticədə onlarla terrorçu məhv edilib.
Arannews- Suriya qüvvələrinin Qələmun məntəqəsinə hücumunda onlarla İŞİD terrorçusu öldürülüb.
Suriya ordusu Qələmunda əl-Bric yaxınlığında İŞİD terrorçularının toplaşdığı məkanı raket və minaatanla atəşə tutub. Nəticədə azı 25 terrorçu öldürülüb və bir qrup da yaralanıb.
Həmçinin Suriya ordusu Deyruz-Zur vilayətində terrorçuların hücumlarını zərərsizləşdirib.
İŞİD terrorçuları Deyruz-Zurun şərq ətrafında əl-Cəfrə və əl-Məriyyə kəndlərinə soxulmaq istəyiblər. Lakin Suriya ordusu və xalq qüvvələri terrorçuların partlayıcı maddələr daşıyan bütün avtomobillərini məhv ediblər.
Suriyadan əldə olunan başqa bir məlumata görə, İŞİD terrorçuları Hələb şəhərində bir neçə yaşayış massivini minaatanla atəşə tutublar. Nəticədə 4 mülki vətəndaş şəhid olub, 8 nəfər də yaralanıb.


  • Yazılıb
  • da (də) 2016 Apr 06
  • Göndərən مدير سايت Aran News