Arannews- Fələstin Əsirləri və Azadələrin Məsələləri üzrə Komitə Fələstin Uşağı Günü münasibəti ilə bir bəyanat yayaraq Qüds İntifazəsi dövüründə sionist rejim hərbçilərinin 1899 fələstinli uşağı həbs etdiyini bildirib və əlavə edib: Bu analoqu olmayan rəqəm bu müddətdə saxlanılanların 37%-ni təşkil edir.
Fələstin Əsirləri və Azadələrin Məsələləri üzrə Komitənin bəyanatında qeyd olunur: Sionist rejim 12-18 yaş arasında 450 uşağı hələ də həbsxanalarda saxlayır. Onların ən kiçiyi 12 yaşlı qız Dima əl-Vavidir.
Sionist rejimi hərbiçiləri əsir uşaqları vəhşicəsinə metodlarla işgəncə edir. Bu qeyri-insani hərəkət uşaqların fiziki və ruhi vəziyyətinə mənfi təsirlər göstərmişdir.
Bu arada Fələstinin İnformasiya Nazirliyi də bildirib ki, sionist rejim ildə təxminən 700 fələstinli uşağı hərbçilərə və sionist qəsəbə sakinlərinə doğru daş atmaq bəhanəsi ilə həbs etmidşir.