Tarix : 2016 Apr 06
Kod 48414

Sionist rejimin Cənub Qafqazda strateji tərəfdaşi aşkar oldu

Qarabağda döyüşlər getdiyi bir vaxtda sionist rejim kimin yanında olduğunu bir daha sübut etdi.


AranNews- İsrail parlamentinin sədr müavini Tali Ploskov rəhbərlik etdiyi sionist deputatların təmsil olduğu nümayəndə heyətilə Yerevandakı qondarma "erməni soyqırımı" abidəsini ziyarət edərək, qarşısında sayğı duruşunda durublar.
Nümayəndə heyəti bundan başqa əklillərilə erməni millətinə olan yaxınlıqlarını bir daha sübut ediblər.
İsrail parlamenti - Knessetin digər deputatı David Bitan da, Tali Ploskovla birlikdə bu qondarma soyqırım abidəsini ziyarət edib.
Onlara Ermənistan-İsrail parlamentlər arası dostluq qrupunun rəhbəri Artak Zakaryan müşaiyət edib.
3 apreldə reallaşan bu "qardaşlıq ziyarəti" erməni mediasında geniş işqlandırılıb və Qarabağda gedən döyüşlərlə eyni vaxtda İsrail parlamentinin üzvlərinin bu ziyarəti qardaş ölkənin dəstəyi kimi qiymətləndirilib.
Qeyd edək ki, cəbhədəki son vəziyyətlə bağlı İsrail mediası ermənipərəst xəbərləri ilə erməni qardaşlarına yaxınlığını əyani sübut edirlər.
  • Yazılıb
  • da (də) 2016 Apr 06
  • Göndərən مدير سايت Aran News