Yəmən əhalisinin 80% beynəlxalq humanitar yardımlara ehtiyaclıdılar və bu ölkə əhalisinin 14 milyon nəfəri səhiyyə və müalicə xidmətlərindən məhrumdular.
Arannews- Ümumdünya Səhiyyə Təşkilatının Yəmən məsələləri üzrə nümayəndəsi Əhməd Şədul bildirib: 19 milyon nəfər, yəni Yəmən əhalisinin 80% beynəlxalq humanitar yardımlara ehtiyaclıdılar və bu ölkə əhalisinin 14 milyon nəfəri səhiyyə və müalicə xidmətlərindən məhrumdular.Əhməd Şədul əlavə edib: Yəməndə tibb və səhiyyə obyektlərinin 28% fəaliyyət göstərmir və bu obyektlərdən 14%-i də 50%-dən aşağı fəaliyyət imkanına malikdir. Bu dəhşətli rəqəmdir.