NileSat Livanın 2 kanalının yayımını dayandırıb və Livanın daha 4 kanalının yayımınıda dayandıracağını açıqlayıb.
Arannews- Misirin NileSat peyk yayım şirkəti Livanın 2 kanalının o cümlədən Əl-Minar kanalının yayımını dayandırıb və Livanın daha 4 kanalının yayımınıda dayandıracağını açıqlayıb. hazırda Livan Hizbullahına bağlı olan Əl-Minar telekanalının yayımı bu peykdən dayandırılıb. Livanın digər kanalları o cümlədən MTV, Əl-Cədid, Livantv, NBN kimi kanallarında Nile Sat peykindən yayımı dayandırılır.
Qeyd edək ki, bundan öncə ArabSat öz ofisini Livandan İordaniyaya köçürməklə Əl-Minar kanalının yayımını dayandırmışdı. Hazırda Əl-Minar kanalı yalnız Rusiya peykində tamaşa etmək mümkindir.
NileSat şirkətinin bu hərəkəti bir çox ekspertlərin tənqidi ilə üzləşib.Tənqidçilər bu addımı söz azadlığına və beynəlxalq qanunlara zidd hesab edirlər.