Tarix : 2016 Apr 06
Kod 48421

Təbrizli deputat: Qarabağ Azərbaycana qaytarılmalıdır

Təbriz, Osku və Azərşəhər əhalisinin İslami Şura Məclisində nümayəndəsi Ermənistanın Azərbaycan torpağına təcavüzünü məhkum edib.
AranNews- Təbriz, Osku və Azərşəhər əhalisinin İslami Şura Məclisində nümayəndəsi, Əlirza Munadi Ermənistanın Azərbaycan torpağına təcavüzünü məhkum etməklə yanaşı deyib: “Qarabağ İslam ərazisi və Azərbaycanın torpağıdır”.
Əlirza Munadi Sefidan İslami Şura Məclisinin iclasındakı çıxışında Ermənistanın Azərbaycan torpağına təcavüzünə toxunaraq deyib: “Dövlətdən istəyirəm ki, Ermənistanın Qarabağda törətdiyi cinayətləri məhkum etsin”.
Nümayəndə əlavə edib: “Ali Məqamlı Rəhbər Ayətullah Xamenei deyib ki, Qarabağ İslam torpağıdır, Qarabağ Azərbaycan torpağıdır və biz bütün gücümüzlə Ermənilərin Qarabağdakı təcavüzünü pisləməliyik”.
Munadi, Ermənistanın Azərbaycan torpağına təcavüzünü və Azərbaycan ordusunun 13 nəfər əsgərini şəhid etməsini məhkum etməklə yanaşı deyib: "Biz Dağlıq Qarabağın Ermənistanın əsarətindən azad olmasını istəyirik. Qarabağ Azərbaycana qaytarılmalıdır".
  • Yazılıb
  • da (də) 2016 Apr 06
  • Göndərən مدير سايت Aran News