Ali məqamli Rəhbərin Ofisinin “İstiftaat” şöbəsi, Dağlıq Qarabağda qarşıdurma ilə bağlı bəyanat verib.
AranNews- Ali məqamli Rəhbərin Ofisinin “İstiftaat” şöbəsindən bildirilib: “Peyğəmbərdən (s) də hədis var ki, bir insan “La ilahə illəllah, Muhəmmədən Rəsulullah” desə, artıq müsəlman sayılır. Əgər bir insan hətta namaz qılmaya, bu onu İslamdan çıxarmır, fasiqdir sadəcə. Hazırda orada döyüşən əsgərlər Vətən uğrunda, Vətənin müdafiəsi uğrunda döyüşürlər, necə ki, biz vaxtılə İraqla vətənimizin müdafiəsi üçün döyüşürdük, əslində bu həm də İslamın müdafiəsi üçün idi. Azərbaycan İslam ölkəsidir və hər kəs ki, özünə müsəlman deyir, Allahı və Peyğəmbərini qəbul edirsə, müsəlmandır. Hazırda sizin ölkə ilə Ermənistan arasında gedən döyüşlərdə həlak olanlar şəhid sayılırlar. Əlbətə, əgər kimsə Vətənini müdafiə etmək istəməyə, döyüş meydanından qaça və vurula, şəhid sayılmaz”.
Son günlər nəinki tək azərbaycanlıların, həmçinin bütün dünyanın əsas nəzəri Azərbaycanın işğal olunmuş ərazilərində erməni hərbi qüvvələri ilə bizim ordumuz arasında gedən qanlı döyüşlərdədir.
Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatlar nəticəsində bəzi əraziləri işğaldan azad edib, düşmən tərəfindən xeyli sayda itkilərin olduğu qeyd olunur.