2000-ci ilin Sentyabr ayında başlanan "Məscidul – Əqsa" intifazəsi başlayandan bəri, yəni 2016-cı ilin mart ayının sonunadək 2070 fələstini uşaq şəhid edilmiş və 13 mindən çox uşaq isə ciddi fiziki və mənəvi yaralar almışdır.
Arannews- Fələstinin statistika təşkilatı, dünən elan edib ki, işğalçı sionist rejimi 2000-ci ildən indiyədək 27 min fələstinli uşağı şəhid edib və yaralayıb.
Fələstinin hesabat və statistika təşkilatının "uşaqlar üzrə informasiya bölməsi"nin verdiyi məlumatda deyilir ki, 2000-ci ilin Sentyabr ayında başlanan "Məscidul – Əqsa" intifazəsi başlayandan bəri, yəni 2016-cı ilin mart ayının sonunadək 2070 fələstini uşaq şəhid edilmiş və 13 mindən çox uşaq isə ciddi fiziki və mənəvi yaralar almışdır.
Həmçinin bu bəyaniyyədə deyilir ki, işğalçı sionist rejiminin silahlıları 2000-ci ildən indiyədək 12 000 – dən çox fələstinli uşağı həbs etmişdir ki, bunlardan 480 nəfərindən çoxu indiyədək sionist rejiminin zindanlarındadır. Bu uşaqların 95 %-i həbs edildikdən sonra ağır fiziki və mənəvi işkəncələrə məruz qalmışlar. Onlara zora tətbiq edilib və təcavüz olunmuşdur. Heç birisi vəkil ilə təmin edilməmişdir. Etmədikləri işləri zorla onlara etiraf elətdiriblər.
Bu hesabatda deyilir ki, hər il 700 fələstinli uşaq daş atmaq bəhanəsi ilə həbs edilirlər. Şagirdlərə yoxlanış postlarında zülmlər olunur. Digər tərəfdən isə iqtisadi problemlər onları dərsi tərk etməyə vadar etmişdir. Hazırda 18 yaşından aşağı olan 102 min nəfər fələstinli uşaq ağır işlərdə işləyirlər.