Tarix : 2016 Apr 07
Kod 48425

İran xarici işlər naziri azərbaycana səfər edib

Məhəmməd Cavad Zərifin bakiya səfəri Azərbaycan Respublikasının son hadisələri, həmçinin Suriya məsələsi barəsində məsləhətləşmə üçün yaxşı fürsət yaradacaq.
Arannews- İran islam respublikasinin xarici işlər naziri azərbaycan, Rusiya və iran xarici işlər nazirlərinin ilk üçtərəfli iclasında iştirak etmək üçün bakiya səfər edib .
M.Zərif, S.Lavrov və E.Məmmədyarov üçtərəfli əməkdaşlıqların gücləndirilməsi yollarını araşdıracaqlar.
Məhəmməd Cavad Zərif İRİB müxbirinə verdiyi müsahibədə Bakıya səfərinin məqsədlərini açıqlayıb və əlavə edib: Azərbaycan Respublikası prezidenti İlham Əliyevin son Tehran səfərində İran və Azərbaycan prezidentlərinin qərarı əsasında baş tutacaq bu iclas Rusiya xarici işlər nazirinin iştirakı ilə Azərbaycan Respublikasının son hadisələri, həmçinin Suriya məsələsi barəsində məsləhətləşmə üçün yaxşı fürsət yaradacaq.
Zərif bu iclasın keçirilməsini əsasən tranzit, dəmiryolu, ticarət, energetika sahələrində yeni əməkdaşlıq perspektivləri, həmçinin regionda sülh və stabilliyin qorunması üçün rola malik olmaqda üç ölkənin iradəsinin göstəricisi adlandırıb.
Zərif azərbaycan və iran arasında yaxın gələcəkdə Astara sərhəd keçidində körpünün tikilməsinə başlanmasına toxunub və deyib: Cari ilin sonuna qədər iki ölkənin dəmiryolu bir-birinə birləşəcək Və iki ölkənin dəmiryolunun birləşməsi ilə iki ölkə və region ölkələri arasında əlaqələrin daha da genişlənməsinin şahidi olacağıq.


  • Yazılıb
  • da (də) 2016 Apr 07
  • Göndərən مدير سايت Aran News