Tarix : 2016 Apr 07
Kod 48429

Rusiya ordusu böyük hərbi təlimlərə başlayıb

"Qrad" və "T-90A" tankları və piyada döyüş maşınları təlimlərdə yer alacaq.
Arannews- Rusiya ordusu Dağıstanda böyük hərbi təlimlərə başlayıb. RF-in Cənub hərbi dairəsinin motoatıcı briqadasının təxminən 1000 hərbi qulluqçu və 300-dən çox hərbi texnika "Dalni" poliqonuna yollanıb. RF ordusu burada taktiki təlimlər keçəcək.

Təlimdə silahlardan və qumbaraatanlardan istifadə edilməsi planlaşdırılır. "Qrad" və "T-90A" tankları və piyada döyüş maşınları təlimlərdə yer alacaq.

Təlim bir neçə gün davam edəcək və 9 apreldə yekunlaşacaq.


  • Yazılıb
  • da (də) 2016 Apr 07
  • Göndərən مدير سايت Aran News