Tarix : 2016 Apr 07
Kod 48430

Qarabağda son qarşıdurmanın mahiyyəti

Hal-hazrıda qarşıdurma tərəfləri, regional və transregional oyunçular tam miqyaslı müharibəyə maraqalı deyildir.
Hal-hazrıda qarşıdurma tərəfləri, regional və transregional oyunçular tam miqyaslı müharibəyə maraqalı deyildir. Konflikti dondurmaq Amerika, Rusiya, Avropa və Ermənistanın özü üçün də mühümdür və strateji əhəmiyyət daşıyır.

AranNews - Qarabağ məntəqəsində hazırkı şəraitdə qarşıdurmanın şiddətlənməsi bir daha beynəlxalq diqqəti bu münaqişəyə çəkdi. Bu məsələ göstərdi ki, Cənubi Qafqazda mövcud təhlükəsizlik düzümü öz çəkişməsinə nəzarət etməyə qadir deyil, üstəlik, konfliktdə anbarlanmış təsiredici komponentlər münaqişə potensialını bərk gücləndirmişdir. Son günlərdə münaqişənin şiddətlənməsində mövcud faktor və durumların təhlil olunması məqsədilə Aran Xəbər Agentliyinin müxbiri Qafqaz və Türkiyə məsələləri üzrə ekspert Rəhmətullah Fəllah ilə müsahibə aparmışdır. Müsahibəni sizə təqdim edirik:

Sual: Qarabağ münaqişəsinin xüsusiyyəti nədir? Son iyirmi ildə münaqişənin həlli istiqamətində ciddi addım atılmamasının səbəbi nədir?

Cavab: Qarabağ məsələsi tarixi konteksdə özünə xüsusi bir forma alsa da SSRİ-nin parçalanmasının ilk dövründən Rusiyanın geosiyasi təfəkkürü onun güclənməsində və mükəmməl konfliktə çevrilməsində mühüm rol oynamışdır. Yəni rusların Qafqaz regionunun təhlükəsizlik düzümündə strateji bir səviyyədə iştirakı üçün kimlik fayları qoyulmuşdu. Amma bu konfliktin digər münaqişələrdən fərqi odur ki, Cənubi Qafqaz oyunçularının çoxu, o cümlədən Rusiya, Amerika və Fransa başda olmaqla Minsk qrupu böhranın davam etməsində özləri üçün imkanlar güdməklə yanaşı, onun həllində xristianlıq kimliyi yanaşma ilə tərəflik etmək istiqamətində addım atırlar. Ona görə də Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş ölkəni təqsirli və təcavüzkar kimi tanımaq istəmirlər. Deməli, bu münaqişənin mövcud beynəlxalq oyunçular vasitəsilə ədalətli həllini gözləmək lazım deyil.

Sual: Son günlərdə qarşıdurmanın şiddətlənməsinin səbəbi nədir?

Cavab: Son günlərdəki qarşıdurmanın şiddətlənməsində müxtəlif faktorlar dəxildir. Son bir ildə Azərbaycan tərəfinin Rusiyanın təklif etdiyi Avrasiya Gömrük Birliyinə qoşulmağa meyli artmışdı. Lakin bu şərtlə ki, Moskva Qarabağ münaqişəsinin həllinə müsbət yanaşsın. Bakının gözləntisi bu idi ki, ən azından Qarabağ ətrafında olan bir neçə rayon erməni işğalından azad olunsun. Lakin ruslar Azərbaycanın sözü gedən birliyə qoşulması müqabilində başqa təkliflər irəli sürdülər. O cümlədən Qarabağda sülhü qorumaq üçün Rusiya qüvvələrinin bu məntəqədə yerləşdirilməsi, digər oyunçuların qüvvələrinə icazə verməmək, Bakının regionda geopolitik enerji rolunun dayandırması, Rusiyanın nəzərdə tutduğu tranzit marşrutu ilə paralel və balans yaradan rol oynamaması. Qeyd olunan şərt və təkliflər Azərbaycanın dövlət rəhbərlərini bu nəticəyə çatdırdı ki, Rusiya, Qarabağ münaqişəsinin həllində daha çox qazanmaq niyyətindədir. Bu üzdən bir neçə ay idi ki, Azərbaycanın qərbə üz tutması daha obyektiv şəkildə görünməyə başladı. Bu istiqamətdə Rusiyaya məxsus döyüş təyyarəsinin Türkiyə hava qüvvələri tərəfindən vurulmasından sonra Rusiya-Ankara arasında gərginlikdə Bakının Ankaranın tərəfini tutması (Türkiyə üçün Xəzərdə tranzit xidmətləri təqdim etməsi və qaz ixracını artırması), habelə İlham Əliyevin Amerikaya səfəri, Vaşinqton rəsmilərinin Azərbaycan Respublikası ilə münasibətlərin əhəmiyyətinin artmasına təkid etmələri rusların əlinə lazım olan bəhanəni verdi ki, Azərbaycanın təhlükəsizlik və hərbi qüvvəsinə zərbə vurmağa şərait yaratsın. Bu arada Qarabağ münaqişəsi və Ermənistanın hərəkətləri ən münasib alət kimi göründü.

Sual: Bu konflikt Azərbaycan üçün hansı imkan və təhdidləri yarada bilər?

Cavab: Azərbaycanın bu münaqişədən özü üçün istifadə edə biləcəyi imkan bu oldu ki, ən azından bu şəraitdə Qafqazın regional və beynəlxalq oyunçularının izlədiyi mövcud durumun qorunması yanaşmasını – nə müharibə, nə sülh vəziyyətini – əngəlləyə və bir daha beynəlxalq diqqəti bu münaqişəyə çəkə bildi. Amma müharibə atmosferinin idarəçiliyi nəzarətdən çıxsa və daha geniş ölçüyə daxil olsa, Gürcüstan və Ukrayna senarisinin təkrarlanaması mümkünyü elə də gözlənilməz deyil. Ona görə də Azərbaycan tamamilə ehtiyatlı və müharibə meydanına hakim reallıqları nəzərə almaqla öz siyasətlərini tənzimləyirlər. Baxmayaraq ki, bu durumu idarə etmək çətindir.

Sual: Amerika bu münaqişədə hansı siyasəti izləyir?

Cavab: Amerika başa düşür ki, Cənubi Qafqazın təhlükəsizlik düzümündə təyinedici oyunçu deyil. Amma ziddiyyətləri izah etməklə Rusiyanın nüfuzunu əngəlləməyə cəhd edir. Bunun cilvələrini Gürcüstan məsələsində də müşahidə edirik. Əgər Rusiya, Azərbaycana qarşı Gürcüstanla rəftar etdiyi kimi bir hərəkət edərsə, Azərbaycanın Rusiya ilə ziddiyyəti həqiqətən strukturlaşdırılmış olacaq. Belə olduqda qərbin  Qafqazda strateji istəyi təmin olunacaq. Amma Kreml uzaqgörənlik edərək, Azərbaycandan iki mühüm imtiyaz almaqla, yəni Azərbaycanı Avrasiya Gömrük Birliyinə qoşmaq və sülhü qorumaq üçün öz qüvvələrini Qarabağda yerləşdirməklə münaqişəni müsbət həll etməyi bacarsa, şübhəsiz, Amerikanın bu regionda maraqları təmin olmayacaq, üstəlik, zərər də görəcək.

Sual: Son qarşıdurma haqqında hansı prespektivləri görürsünüz?

Cavab: Hal-hazırda qarşıdurma tərəfləri, regional və transregional oyunçular tam miqyaslı və mükəmməl müharibəyə maraqalı deyildir. Konflikti dondurmaq Amerika, Rusiya, Avropa və Ermənistanın özü üçün də mühümdür və strateji əhəmiyyət daşıyır. Amma Azərbaycan, Qarabağ münaqişəsinin bir daha donmasını arzulamır və Madrid prinsipləri əsasında hazırlanmış həll yolunu həyata keçirmək istəyir. Hələlik, qarşıdurmanın dayandırılması istiqamətində beynəlxalq addımlar diplomatik xarakter daşıyır, rəsmi və qəti bir hərəkət yoxdur. Çox güman ki, gələcək günlərdə Rusiyanın təhlükəsizlik və siyasi diplomatiyası müharibənin dayanması, yaxud davam etməsi barədə öz fikrini bildirəcək.

Sual: Azərbaycan dövləti öz hərbi gücünü artırmaq üçün ölkədə olan mövcud potensiallardan nə qədər yararlanır?

Cavab: Azərbaycan Respublikasının Cənubi Qafqazda mühüm ictimai, maddi və mühit potensialları vardır. Bu sahələrdə Ermənistanı, hətta Gürcüstanı da onunla müqayisə etmək olmaz. Ümumi səfərbərlik müharibənin teleyində çox önəmli və təsirli potensiallardan biridir. Əgər Azərbaycanın 10 milyonluq cəmiyyətnin İslam və şiə kimliyi ilə potensialına lazım olan diqqət edilsə, sözsüz, qərb və Rusiyanın Ermənistanın ixtiyarında qoyduğu maddi və texnoloji imkanlarını heçə endirər, onları sıradan çıxarar. Digər tərəfdən İslam dünyasının potensialları da mükəmməl rol oyanaya bilər. Azərbaycanın dövlət rəhbərlərinin bu tarixi həqiqətə diqqət etmələri lazımdır; İmam Hüseynin (ə) Aşura mədəniyyətinə bağlı bir xalqın lüğətində məğlubiyyətə yer yoxdur.

Aran-ın müxbiri: Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik.


  • Yazılıb
  • da (də) 2016 Apr 07
  • Göndərən مدير سايت Aran News