Təbrizin İmam Cüməsi: Qarabağ ikinci Fələstindir və Qüdsi-Şərifin azadlığı uğrunda qanımızın son damlasına qədər müharibə etdiyimiz kimi, Qarabağın müqəddəs torpaqlarının azadlığı uğrunda da heç bir səydən əsirgəməyəcəyik.
AranNews- Vəliyi-Fəqihin Şərqi Azərbaycan Ostanındakı nümayəndəsi və Təbrizin İmam Cüməsi Ayətullah Müctəhid Şəbistəri, Qarabağ münaqişəsinin həlli uğrunda fəal olan təşkilatların sədrlərinin bir qrupu ilə görüşdə Qarabağın İslami İctimaiyyətinin ayrılmaz hissəsi olduğunu bildirərək, deyib: Bütün dünya müsəlmanları xüsusilə İran müsəlmanlarının etiqadına görə, Qarabağ ikinci Fələstindir və Qüdsi-Şərifin azadlığı uğrunda qanımızın son damlasına qədər müharibə etdiyimiz kimi, Qarabağın müqəddəs torpaqlarının azadlığı uğrunda da heç bir səydən əsirgəməyəcəyik.
Təbrizin İmam Cüməsi sonra deyib: İslam dini ilə mübarizə və müsəlmanların zəiflədilməsi elə bir siyasətdir ki, imperializm bu siyasət vasitəsilə İslam ölkələrinin maddi və mənəvi sərvətlərini qarət etmək ardıncadır və onun yeganə həll yolu müsəlmanlar arasında birlik və vəhdətin qorunması və işğal edilmiş islami məntəqələrin azad edilməsinə səydir.
İslam dininin sülh və dostluq dini olduğunu bildirən Ayətullah Müctəhid Şəbistəri sonra deyib: Müsəlmanlar hər cür müharibə, təcavüzkarlıq və müstəmləkəçiliklə müxalifdirlər və bütün münaqişələr və toqquşmaların həll yolunun sülh və barışla nəticələnən danışıqlar olduğu qənaətindədirlər.
Təbrizin İmam Cüməsi sonra deyib: Tarix, Amerika və sionist İsrail rejiminin dünyada saziş yaratmaq istədiyi planların, yalnız öz hədəfləri və mənafelərinə çatmaq uğrunda olduğunu göstəribdir və Amerika və sionist rejimə etimad həmişə İslam Dünyasının zərərinədir.
Ayətullah Müctəhid Şəbistəri sonra belə əlavə edib: Qüdsi-Şərifin işğalından 60 ildən çox bir zamandır ki, ötür. əgər böyük qüdrətlər həqiqətən regionda saziş və dinclik ardınca olsaydılar, çox öncələrdən İsrail bu məntəqəni tərk etmiş olmalı idi.