əudiyyəlilərin Yəmənə hava hücumu nəticəsində bir il ərzində 144 məscid, qəbir, türbə və məqbərə viran edilib.
Arannews- İbrahim əl – Xətib (Yəmən dövlətinin İrşad və Vəqflər İdarəsinin müdiri) ərəbistanlıların hava hücumlarının zərərləri barədə verdiyi məlumatda bildirib ki, müxtəlif hesabat və statistika mərkəzlərinin verdiyi xəbərə görə, səudiyyəlilərin Yəmənə hava hücumu nəticəsində bir il ərzində 144 məscid, qəbir, türbə və məqbərə yerlə yeksan edilmişdir.
İbrahim əl – Xətib (Yəmən dövlətinin İrşad və Vəqflər İdarəsinin müdiri) əlavə etdi: Dini və tarixi binalara dəyən zərərləri yoxlayan komitənin verdiyi məlumatda bildirilir ki, ərəbistanlıların hava hücumları zamanı tamamilə sıradan çıxan məsidlərdən əlavə 131 məscid və 13 tarixi məqbərə də ciddi zərərlər alıb, pəncərə, qapı sınıb və bəzək əşyaları tökülmüşdür. bu 13 məqbərə, Nüceymat, Xuzeymə və Xərafidirlər ki, Yəmənin ən böyük tarixi məqbərələri sayılırlar və qədim padşahların və tarixi şəxsiyyətlərin qəbrləri burada yerləşirdi.
İbrahim Xətib dedi: Binaları ciddi xəsarət almış mədrəsə, məktəb və məscidlərin ciddi təmirə və yenilənməyə ehtiyacı vardır.