Ərdəbilin imam cüməsi Qarabağın azad olunması üçün İran və Azərbaycan arasında daha artıq əməkdaşlığa ehtiyacın olduğunu bildirib.
AranNews- Ayətullah Seyid Həsən Amili ən əsas yol kimi Azərbaycan Respublikasının İslam ölkələri ilə öz münasibətlərini artırmasını vurğulayib.
Vəliyyi-fəqihin Ərdəbil ustanındakı nümayəndəsi Ayətullah Seyid Həsən Amili, həmçinin bildirib: "İranın Azərbaycana qarşı mövqeyi həmişə dostluq, qardaşlıq və hörmət olmuşdur".
Qarabağın azad olunması prosesi gecikdikcə məsələnin çətinləşəcəyini diqqətə çatdıran imam cümə deyib: "Qarabağın azad olunması digər işğal edilmiş ərazilərin azadlığı kimi hökumət və xalq arasında bağlılığın artmasına ehtiyaclıdır".
Vəliyyi-fəqihin nümayəndəsi Qarabağın azad olunması üçün İran və Azərbaycan arasında daha artıq əməkdaşlığa ehtiyacın olduğunu bildirib.
Azərbaycan müxtəlif sinifdən olan vətəndaşları ilə görüşündə onların problemləri ilə tanışlığını önə çəkən imam cümə deyib: "Azərbaycanda müxtəlif sahələrdə monopoliya vardır və bu əhalinin problemlərini artırır".
Rəhbərliyin Ekspertlər Məclisinin üzvü Qarabağın azad olunmasının bütün müsəlmanların, o cümlədən İran xalqının arzusu olduğunu bildirib və Qarabağın azadlığı ardınca Şuşa məscidinin azad olacağı vaxt Şuşa məscidində o şəhərin xalqı üçün xütbə oxuyacağına ümid etdiyini deyib.