İran xalqından bir qrupu Azərbaycan xalqını müdafiə etmək və dəstəkləmək, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək məqsədilə açıq məktubla Azərbaycan xalqına müraciət ediblər.
AranNews- Redaksiyamızın "Əsri-Təbriz" qəzetinə istinadla verdiyi xəbərə görə, Qarabağda yenidən savaşın başlanmasının ardınca Müqəddəs Müdafiədə iştirak etmiş döyüşçü və İran xalqından bir qrupu Azərbaycan xalqını müdafiə etmək və dəstəkləmək, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək məqsədilə açıq məktubla Azərbaycan xalqına müraciət ediblər. Məktub aşağıdakı kimidir:
Bismillahir-rəhmanir-rəhim
"Azərbaycan xalqı erməni təcavüzünə məruz qalmışdır və Ermənistan dövləti bu hadisədə təcavüzkardır...".
Həzrət Ayətullah Xameneinin Azərbaycan Respublikası prezidenti Heydər Əliyevlə görüşündəki bəyanatından bir hissə, 2/7/1994.
Azərbaycan Respublikasının müsəlman və qəhrəman xalqı!
Bildiyiniz kimi İranın müsəlman xalqı, xüsusən də Səddamın İrana hücumu zamanı Müqəddəs Müdafiədə iştirak etmiş bir çox döyüşçüsü 1991-1993-cü illərdə Qarabağ müharibəsi zamanı Azərbayacan Respublikası və Qarabağ xalqının məzlum və müsəlman xalqına kömək etmək üçün dərhal hərəkətə keçdi. Bu proqram çərçivəsində bir qrup İranlı döyüşçü öz döyüş təcrübələrini hərbi təlimlər vasitəsilə Azərbaycanın şiə gənclərinin ixtiyarında qoymaq üçün Azərbaycana yollandı. Bu həmdərdlik, dini və ideoloji aspektlərindən əlavə, İran xalqının Qarabağın müsəlman sakinlərinə olan sevgi hislərindən qaynaqlanırdı. Qeyd olunan hərəkətin nəticəsində erməni təcavüzkarlarına qarşı döyüşmək üçün İranlı qardaşlar tərəfindən təsirli hərbi köməklər olundu. Hərəkətin davamında da yenə müharibənin faciəli nəticələrini azaltmaq məqsədilə İran İslam Respublikası müharibə köçkünlərinə geniş maddi yardımlar göstərdi və məcburi köçkünlər üçün düşərgələr saldı, humanitar yardımlar fəaliyyəti çərçivəsində milyonlarla dollar həcmində maddi vəsaitlə kömək etdi. Belə bir durumda İran İslam Respublikasının təyyarəsi Qarabağ məntəqəsinin səmasında erməni seperatçıları tərəfindən qəsdən vuruldu və bir neçə İran vətəndaşı şəhid oldu.
Qarabağda hərbi qarşıdurmanın yenidən başlanması ilə, İnqilabın Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin (Allah onu qorusun) Qarabağı İslam torpağı adlandırmasını əsas tutaraq, bu məktubu imzalayan bir qrup Müqəddəs Müdafiə döyüşçüsü əziz Qarabağı, Azərbaycan Respublikası xalqını müdafiə etmək və İslam torpaqlarını erməni təcavüzkarlarının əlindən azad etmək üçün hazır olduğumuzu bildiririk. Ümid edirik ki, İranlı döyüşçülərin Qarabağın döyüş cəbhələrində əməli iştirakı üçün şərait yaranacaq.
İran xalqı və Müqəddəs Müdafiə döyüşçülərindən bir qrupu