Qarabağ münaqişəsinin başlanmasından iki onillikdən çox ötmüşdür. Bu münaqişə əziz Qarabağ torpağının işğal edilməsi ilə nəticələnmişdir.
AranNews- Qarabağ münaqişəsinin başlanmasından iki onillikdən artıq ötmüşdür. Bu münaqişə əziz Qarabağ torpağının işğal edilməsi ilə nəticələnmişdir.Təzə müstəqillik əldə etmiş bir müsəlman ölkəsinin bu ağır məğlubiyyətinin və onun torpaqlarının erməni təcavüzkarlarının əli ilə işğal olmasının bir çox səbəbləri var idi və Azərbaycanın dövlət və milləti üçün tam milli bir təhqir hesab olunur.
Azərbaycan dövlətinin o zamankı rəhbərlərinin layiqli və bacarıqlı olmaması, hücum xarakterli xarici siyasəti, qonşu ölkələrlə, o cümlədən İran İslam Respublikası ilə qeyri-dost münasibətləri, İslam dünyasının potensiallarından istifadə etməməsi, milli birliyin olmaması, ölkənin siyasi qanadları arasında hakimiyyət üstündə mükəmməl savaş mütəxəssislərin işarə etdiyi səbəblərdəndir.
Siyasi hakimiyyət, daxili və xarici siyasətləri, radikal millətçi görüşlü zəif dövlət başçısından (Əbülfəz Elçibəy) tanınmış, təcrübəli siyasətçi olan Heydər Əliyevə ötürüldükdən sonra qabaqkı dövlətin bir sıra səhvlərinin islah olunmasına və Azərbaycan camiəsində Qarabağ məğlubiyyətinin əvəzinin çıxılmasına ümid yaranmasına baxmayaraq hakimiyyətin davamında, zamanın ötməsində və Qarabağ münaqişəsinin uzun sürməsində məlum oldu ki, bu ölkədə işğal olunmuş əraziləri azad etmək üçün güclü proqram və strategiya olmayıb və yoxdur.
Aydındır ki, bütün ölkələrin öz milli məqsədlərinə çatmaq və ölkəsinin hakimiyyətini qorumaq üçün hərtərəfli, güclü proqram və strategiyalara ehtiyacları vardır. Ölkənin bütün mənbə və imkanlarıdan istifadə, proqramlaşdırma, onları səfərbər etmək bir ölkənin strategiyasının uğurlarının zəruri əsaslarından hesab edilir. Ortaya çıxan sual budur ki, Azərbaycan dövləti özünün milli gücü və daxili potensiallarından hansı həddə istifadə etmişdir? Və münasib istifadə etmədiyi surətdə mövcud prosesdə onu islah etmək mümkündürmü?
Hərəkətlərin dəyərləndirilməsi və müşahidələr göstərir ki, Azərbaycan dövləti milli hədəflərə çatmaq üçün əməl məqamında öz daxili potensiallarını və mənbələrini səfərbər edə bilməmişdir.
Müasir hərbi silah-sursat alınması, hərbi qüvvələrin sayını artırmaq, öz milli qüvvə və bacarığına arxalanmaq 1994-cü ildə Qarabağda atəşkəs elan olunmasıdan sonra Azərbaycan dövlətinin izlədiyi siyasətlərdən olmuşdur. Həqiqət budur ki, müharibə şəraitində olan Azərbaycan, ərazisinin 20 faizi işğal altında qalması kimi ciddi və xroniki bir problemə qələbə çalmaq üçün bunlardan daha artıq işlər görməlidir. Bütün dövlətlər xalqının tam inamını qazanmalı və onların gücündən özünün əsaslı problemlərinin həlli üçün istifadə etməlidir. Bu məsələ bir ölkənin milli böhran və problemlə əlbəyaxa olduğu zaman daha da önəm tapır. Sözsüz, Azərbaycan dövlətinin ötən illər ərzində buraxdığı əsas səhvlərindən biri bu mühüm və həssas mövzuda dindarlardan və islamçılardan istifadə etməməsidir. Çünki islamçılar həqiqi vətənpərəstlərdirlər və dini təlimlər görüdükləri üçün torpaqlarının azad olunmasına daha bərk etiqadla yanaşırlar. Əminliklə demək olar ki, əgər Azərbaycan dövləti bu potensialdan və güclü qüvvədən istifadə etsəydi, mili problemlərə qalib olardı, o cümlədən Qarabağı azad edə bilərdi. Lakin, məlum olduğu kimi son illərdə islamçıların bərk sıxışdırılması və onlara qarşı təzyiqlər Azərbaycan dövlətini bu güclü və təsirli potensialdan məhrum etmişdir.
Dindarlara qarşı buraxılan səhvlərin islah olunması dövlətin ixtiyarıdnda daha artıq güc qoya bilər. Qarabağda baş verən son qarşıdurmalar Azərbaycan dövlətinin islamçılarla barışması üçün yaxşı imkandır. Bu unudulmuş və qırağa qoyulmuş potensial çox təsirli bir şəkildə milli hədəflərə çatmaqda kömək edə bilər.