AranNews- 16 saylı Cəza Çəkmə Müəssisəsində həbs həyatı yaşayan islamçı məhbuslar; Tərlan Ağadadaşov, Davud Kərimov, Rövşən Məmmədov, Royal Əsgərov, Elşad Rzayev, Telman Şirəliyev və digərləri adından bəyanat məktubu yaziblar.
Bəyanatda islamçı məhbuslar Qarabağda gedən döyüşlərə münasibət bildiriblər.
"Son günlər cəbhə bölgələrində gedən döyüşlər xalqımızın uzun illərdir gözlədiyi bir andır. Bu yolda şəhid olan bütün şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyiriik. Şəhid ailələrinə dərin hüznlə başsağlığı verərək, Allahdan hamısına səbr və böyük əcr istəyirik. Biz, 16 saylı CÇM-dəki isamçı məhbuslar olaraq bu döyüşlərə dəstək verir, səfərbərlik olduğu təqdirdə ön cəbhəyə getməyə hər an hazır olduğumuzu buradan bəyan edirik.", - bəyanatda qeyd edilir.