İrəvan sülhməramlıları qüvvələrin Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilməsini dəstəkləyir.
AranNews- bunu Ermənistan prezidenti Serj Sarkisyan Almaniyanın “Deutsche Welle” nəşrinə bildirib.
“Biz heç vaxt bunun əleyhinə çıxış etməmişik, lakin hesab edirik ki, bu münaqişə tamamilə həll olunmalıdır”, - deyə Sarkisyan bildirib.
O iddia edib ki, İrəvan sülhməramlı qüvvələrin cəlb olunması variantı da daxil olmaqla, münaqişənin hərtərəfli həll olunmasına yönəlmiş sənədləri imzalamağa hazır olduğunu daim ifadə edib.