İstanbul məhkəməsi Ərdoğanın oğluyla bağlı xəbərlərin yayılmasına maneə törətdi.
AranNews- İstanbul məhkəməsi Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan haqqında gedən bir xəbəri "prezidentin oğlunun cəmiyyət içindəki şərəf və nüfuzunu alçaltma və zərər vermək məqsədilə qələmə alındığı" səbəbi ilə yayımına maneə törədib.
Bilal Ərdoğanın iddiası əsasında başladılan cinayət işi ilə bağlı məhkəmə T24-də yayımlanan "Yeni korrupsiya araşdırmasının miqyası 100 milyard dollarlıq iddia" başlıqlı xəbərə yayımına maneə törədib.
Yayım qadağası t24.com.tr, cumhuriyet.com.tr, radikal.com.tr və patronlardunyasi.com saytlarına qarşı tətbiq olunub. Qadağa ilə bağlı qərarın əsas hissəsində "İddiaçının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu olduğu və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında edilən açıqlamaların tənqid sərhədləri çərçivəsində dəyərləndirilməsi" və "Bilal Ərdoğanın qeyri qanuni işlərlə məşğul olurmuş kimi fikir yaratmağa" yönəlik olduğu bildirilib.