Qarabağda Azərbaycan və Ermənistan arasında yeni toqquşmaların başlamasının ardınca “Elpress” müxbiri beynəlxalq və region məsələləri üzrə ekspert doktor Məhəmməd Əli Pərğu ilə müsahibə aparmışdır.
AranNews- Qarabağda Azərbaycan və Ermənistan arasında yeni toqquşmaların başlamasının ardınca “Elpress” müxbiri beynəlxalq və region məsələləri üzrə ekspert doktor Məhəmməd Əli Pərğu ilə müsahibə aparmışdır. Həmin müsahibəni sizə təqdim edirik:
Sual: Cənab doktor, bu münaqişənin tarixi kökü haradan başlayır və ilk münaqişədə hansı hadisələr baş vermişdir?
Cavab: Qarabağ, coğrafiya baxımından Ermənistan və Azərbaycan ölkələri arasında yerləşən strateji və mühüm bir məntəqədir. Əhali tərkibi baxımından da cəmiyyətinin 80 faizini ermənilər və 20 faizini müsəlmanlar təşkil edir.
20 il öncə Azərbaycan və Ermənistan ölkələri arasında ilk müharibə başlandı. Bu qanlı müharibə Qarabağda soyqırımla nəticələndi. Belə ki, məntəqədə 30 min nəfər faciəli və ürəkparçalayan şəkildə həlak oldu.
Mənin fikrimcə, bu xəyanət daxildən başladı və Azərbaycan Respublikasının parlementdən tutmuş orduya qədər bir sıra yüksək çinli rəhbərlərinin bu xəyanətdə əli vardır. Hər halda hər iki ölkənin sabiq SSRİ-dən təzə ayrılmasına və yeni müstəqil ölkəyə çevrilməsinə diqqət etməklə bu müharibənin səbəbini məntəqədə nəzərdə tutulan ölkələrin istək və baxışlarında axtarmaq lazımdır. Kəsəsi, bu müharibə baş tutdu. Amma bütün regional və transregional siyasətin hər bir hissəsində təsir qoydu. Bu şəraitdə siyasi rol müharibə odunu alovlandırmamalı idi. Lakin, bu baş verdi.
Hər iki ölkə bir-birini müharibənin başlamaqda təqsirləndirir. Bir tərəfdən Ermənistan dövləti Qarabağda erməni əhalisinin çoxluğunu dəstavüz edərək, məntəqədə demokratiya yaratmağı və bu ərazini Ermənistana birləşdirməyi öz haqqı hesab edir. Ona görə də belə istənilməz hərəkəti əl atdı. Digər tərəfdən də Azərbaycan coğrafi mövqeyi əsas gətirərək, Qarabağı müdafiə etməyi özünün borcu bildi. Amma bəziləri var idi ki, bu müharibədə Azərbaycan Respublikasının ümumi quruluşu əleyhinə və qarşı tərəfin xeyrinə siyasət işlətdi. Onlar müharibəni daha artıq alovlandırdı və daha çox nahaq qanlar axıdılmasına səbəb oldular.
Hər iki ölkə rəhbərləri və rəsmiləri əgər ağıl və beynəlxalq qanunlar əsasında hərəkət etsəydilər, şübhəsiz, müharibə baş verməyəcəkdi, yaxud baş verdiyi surətdə elə ilk mərhələdə onu yığışdırmaq mümkün olacaqdı, heç bir ölkənin bu ziyanları görməyəcəkdi. Gördüyümüz kimi illər sonra da kül altında qalmış köz kimi bu müharibə yenidən alovlanır və məntəqədə qan tökülməsinə səbəb olur.
Məntəqədə insanların həlak olmasından əlavə, bu münaqişə məntəqənin siyasi və təhlükəsizlik münasibətlərini də öz təsiri altına alır.
Bu müharibə ilə məkirli siyasətçilər məntəqəyə ayaq açır. Mən şəxsən belə inanıram ki, bu hadisədə yüz faiz xeyir götürən regionun böyük şeytanı olan sionist rejimdir və illərdir ki, kül altında qalmış közü öz xeyrinə olaraq alovlandırmaq istəyir.
Əgər insaflı təhliliçlər bu hadisə barədə münsiflik etsələr, görəcəklər ki, dünya imperializmi Amerikanın sərkərdəliyi və sionist rejimin nökərliyi ilə bu müharibəni alovlandırıb. Biz, Azərbaycan Respublikasına dost və qardaş ölkə olaraq neçə illərdir fəryad edirik ki, dövlətinizin müxtəlif sahələrində qarətçi və soyqırımçı sionist rejiminə yer verməyin. Çünki onlar müsəlman ölkələri və xalqları qarşısında dayanırlar, onlar hiylə, məkir, şeytanlıq və öz maraqlarını izləmək üçün sizin ölkənizə gəlirlər. Lakin qardaş ölkə bu sözləri eşitmədi. Ona görə də bu günləri sionist rejimin gizli və aşkar əli Qarabağ müharibəsində görünür. Bu yaranın üstünün açılmasında səbəbkar və yenidən müharibənin başlanması üçün dünya imperializmi ilə əməkdaşlıq edən sionist rejimdir.
Sual: Qarabağ konfliktinin başladığı ilk dövrlərdə İranın rolu nə olmuşdur? Bəzi millətçi hərəkatlar iddia edirlər ki, İran Ermənistanın xeyrinə olaraq Azərbaycan xalqına köməyini əsirgəyir. Bu iddialar doğrudurmu?
Cavab: Məntəqədə baş verən bu ürəkağrıdıcı hadisə baş verən zaman İnqilabın Böyük Rəhbəri Ayətullah Xamenei həzrətləri Qarabağı İslam torpağı adlandırdı. O həzrət İslam millətlərinə ürəyi yanan bir rəhbər kimi Qarabağı İslamın bir parçası adlandırdı. Bu proqram çərçivəsində İran İslam Respublikası kömək məqsədilə Azərbaycan Respublikasına hərbi qüvvə və məsləhətçilər göndərdir. Bu maharibədə iştiriak edərək məlum şəkildə şəhid verdik. İmam Xomeyni (rh) Komitəsi bütün gücü ilə bütün sahələrdə bu müharibədə Azərbaycana maddi dəstək göstərdi. İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti Azərbaycan xalqının dərdinə şərik olmaq üçün bütün gücü ilə Qarabağda iştirak etdi. Özü 8 il hər bir demokratiya və insan hüquqlarının xəyanəti ilə üzləşmiş İran xalqı bütün imkanları ilə meydana gəldi və onu Azərbaycan Respublikası xalqının ixtiyarında qoydu ki, Azərbaycan xalqı artıq ziyan görməsin.
İranın böyük generalları, o cümlədən Noi Əqdəm, Mənsur Həqiqətpur, hətta Möhsin Rizayi cənabları və digər dostlar bu müharibədə iştirak etdilər, 8 illik müharibədə olduğu kimi vuruşdular. Baxmayaraq ki, biz Quran ayələrinə uyğun olan etiqadımıza görə cihad üçün hicrət etmişdik. Hal-hazırda da hərəm müdafiəçiləri xalis İslamın başının ucalığına xatir Suriya və İraqda cəhalət və təkfirlə mübarizədə canlarından keçirlər. Həqiqətdə İslam məktəbinin təlimi budur ki, hər harada məzlumun fəryadını eşitsən, İslamın göstərişinə əməl edərək gərək ona ləbbeyk deyəsən, onun köməyinə yetişəsən. Biz bu məktəbin təlimləri əsasında Qarabağ müharibəsində Azərbaycana hərbi və maddi yardım göstərdik, onu dəstəklədik.
Hətta bizim elmi mərkəz və universitetlərimiz bu müharibənin həqiqətlərini işıqlandırmaq və dünyaya çatdırmaq üçün hərəkətə keçdilər. Bu elmi hərəkətlərdən biri də 2013-cü ildə Təbriz Universitetinin “Qarabağ Beynəlxalq Konfransı” keçirmək təşəbbüsüdür. Konfransın elmi festivalının katibliyinə Almaniya, İraq, Rusiya, Türkiyə, Suriya ölkələrindən, habelə İranın bir çox universitetindən ən yaxşı bucaqdan baxılmış, müharibəni dəqiq, elmi şərh və təhlil etmiş 165 məqalə daxil oldu. O məqalələrin abstraktları nəşr edildi. Lakin bu beynəlxalq konfransın baş tutması astanasında Azərbaycan Respublikası tərəfi İranın bu ölkədəki səfirini çağırdı və konfransın keçirilməsi ilə ciddi surətdə müxalif olduğunu bildirdi. Halbuki, konfransın keçirilməsi və həqiqət Azərbaycanın xeyrinə idi. Konfransda Qarabağın tarixi və burada müharibənin başlanmasıın aspektləri araşdırılırdı və bu da Azərbaycanın xeyrinə tamamlanırdı. İran İslam Respublikası bu ana kimi məntəqədə sülh və sabitliyin yaranması üçün şövq və ruh yüksəkliyi ilə addım atmışdır.
Sual: Türkiyənin və Amerika kimi digər ölkələrin bu müharibədə rolu nədir?
Cavab: Müharibənin əvvəlindən indiyə kimi bütün hərbi və maddi imkanları ilə müharibə odunu söndürməyə, insanların ölümünün qarşısını almağa cəhd etməyə çalışan İran İslam Respublikasının əksinə olaraq bir sıra ölkələr bunun əksinə əməl edirlər. Rusiya, Amerika və Türkiyə kimi ölkələr öz pis niyyətlərinə çatmaq üçün bu müharibəni qızışdırırlar. Bu günləri İraqın neft barellərini əldə etmək üçün Suriyada pis və çirkin fikirli İŞİD-lə əməkdaşlıq edən, öz maddi mənbələrini minlərlə insanın köçkün düşməsi və qanının axıdılması ilə təmin edən Türkiyə, digər tərəfdən isə böyük şeytan Amerikanın başçılığı ilə dünya imperializmi Qarabağda müharibəni qızışdırmağa, Cənubi Qafqazda fitnə, iğtişaşı gücləndirməyə cəhd edirlər ki, bununla həm öz hərbi silahlarını bu mətəqədə sata bilsinlər, həm də Suriyada ömrünü başa vurmuş və dağılmaqda olan İŞİD üçün təzə yer hazırlasınlar ki, bu terrorçu qrup qərbə qayıtmasın və qərbi təhdid etməsin.
Regionda yeni fitnənin yaranması Azərbaycan, Rusiya, Ermənistan və s. məntəqə ölkələrində ixtilafın yaranmasına səbəb ola bilər. Bu da dünya imperializminin, xüsusilə də ABŞ və sionist rejimin izlədiyi və istədiyi müharibənin digər əsas təhlükələrindən biridir.
Dünya imperializmi bütün gücü ilə cəhd edir ki, regionda iğtişaş və gərginlik yaratsın, İran və Rusiyanın başını buna qatsın və sionist rejimi bu fürsətdən istifadə edərək Fələstində öz işlərini asanlıqla və arxayınlıqla həyata keçirsin, bu rejim üçün təhlükəsizlik çevrə yaransın. Digər tərəfdən də məntəqədə problemlər yaratmağa çalışırlar ki, Rusiya və İran kimi ölkələrin Suriya məsələləri kimi mövzularda başını qataraq özlərinin və sionist rejimi kimi kölələrinin məkirli siyasətlərini həyata keçirə bilsinlər.
Amerika bütün gücü ilə Cənubi Qafqazda yeni müharibə yaratmağa təlaş edir. Bu vasitə ilə qabaqkı müharibəni öz idarəçiliyində saxlamaq istəyir. Bu da dünya imperializminin izlədiyi məkirli planlardandır.
Digər bir məsələ budur ki, bir tərəfdən Rusiyanın öz müttəfiqi olan Ermənistanı müdafiə etməsi, digər tərəfdən də Osmanlı yuxusunu tarixdə görmüş Türkiyə hər iki cəbhədə vuruşmaq və müharibə şəraitini öz xeyrinə dəyişdirmək niyyətində olmasıdır. Sözsüz, başqa bir problem də vardır və o bundan ibarətdir ki, Türkiyə NATO üzvüdür və NATO-nun icazəsi olmadan heç iş görə bilməz. Ona görə də məntəqədə bəzi ziddiyyətlər vardır. Bu üzdən Ermənistan və Azərbaycan dövlətləri ağıllı olmalı, özgələrin məntəqəyə müdaxilə edib, insanların qanını tökməsinə icazə verməməli, özləri diplomtik yollar və müzakirələrlə bir nəticəyə gəlməlidirlər. Bununla da öz dövlətlərinin xeyrinə olmayan və düşmənin əlinə bəhanə verən gərginliyin qarşısını alsınlar, məntəqədə sülhə nail olsunlar.
Sabitlik yaratmaq üçün ən yaxşı yol müharibəni dayandırmaq, diplomatik və müdriklik yollarını işə salmaqdır.
Sual: Lütfən, ötən illərdə Bakı dövlətinin rolundan və baş verən xəyanətlərdən bizə danışın. Nə üçün Heydər Əliyev müharibənin başa çatmasını istəmirdi?
Cavab: Siyasət dünyasında bir məsələ vardır. Çox heyiflər olsun ki, bu çox ölkələrin bir çox hadisələrində baş tutur. O cümlədən Qarabağ müharibəsində də bu baş verdi. Bu müharibədə bildiyiniz kimi Azərbaycanın sabiq prezidenti, onun bəzi ordu rəhbərləri və parlamentinin bir sıra deputatları müharibənin dayanmasını istəmirdi. Bunun da səbəbi İran İslam Respublikasının bu məsələdə təsirli rol oynaması idi. Onlar belə düşünürdü ki, müharibənin İranın vasitəsi ilə başa çatdığı surətdə İran, Azərbaycanda təsiri rola malik olacaq. Bunun qarşısını almaq üçün müharibənin davam etdirməyi və özlərinə daha çox xeyir götürməyi düşünürdülər.
Amerika, Qafqaz və Yaxın Şərqin ən böyük düşməni, ən böyük hiyləgər tülküdür. Amerika postsovet ölkələrində nüfuz qazanmaq istəyir ki, qarşısındakı gücə qarşı bir iş görsün.
Bunlar güclü ölkələrin öz münasibətlərində nəzərdə tutduğu faktorlardır. Dünya imperializminin planı budur ki, İran İslam Respulikasının ətrafında daha möhkəm bazalar yaratsın və bununla da sionist rejimi üçün təhlükəsiz çevrə yaratsın, İranın sərhədlərində yeni müharibə və gərginliklər yaratmaqla onu sabitsizliklə qarşılaşdırsınlar və öz nəhs siyasətlərini icra etsin.
Amerikanın düşmənçiliyinin kökü çox dərindir. Amerikanın Azərbaycan xalqı ilə düşmənçiliyi onun İlham Əliyevlə yox, İslam mədəniyyəti ilə düşmənçiliyidir. Azərbaycanın dövlət rəsmiləri diqqətli olmalı, siyasət işlətməli, müdriklik göstərməli və bilməlidirlər ki, onların kinli düşməni məntəqədə müharibəyə son qoya bilməz.
İndiyə kimi cinayətkar Amerikanın vasitəçiliyi ilə hansı müharibəyə son qoyulmuşdur?! Amma həmişə açıq-aşkar bildirmişdir ki, lazım gələrsə, bütün müsəlmanların qarşısında dayanacaq və sionist rejiminə tərəf bir fişəng də atılmasına icazə verməyəcək!