Urmiyanın imam cüməsi Ermənistan və Azərbaycan arasında yaranmış münaqişəyə toxunub.
AranNews- Urmiyanın cümə namazına rəhbərlik edən höccətül-islam Seyid Məhdi Qüreyşi camaatı ilahi təqvaya dəvət edib və xütbələrində Ermənistan və Azərbaycan arasında yaranmış münaqişəyə toxunaraq deyib: “Təqribən 20 il bundan öncə Ermənistan və Azərbaycan ölkələri arasında münaqişə yarandı. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatlar indiyə kimi bu məsələnin həlli istiqamətində əsaslı bir addım atmamışdır”.
İmam cümə əlavə edib: “Bütün müsəlmanlar bilməlidir ki, müsəlman olmayan transregional ölkələrə güvənmək olmaz. Çünki bu ölkələr daim müsəlmalarla çəkişmədə olub və biz problemlərimizi özümüz həll etməliyik”.
Xətib vurğulayıb: “Sözsüz, müharibə, qan tökmək düzgün iş deyil və bundan çəkinmək lazımdır. Üstəlik, müharibə və qan tökməklə müsəlmanların əlindən alınmış topraqlar müsəlmanlara qaytarılmalıdır”.
İmam cümə Azərbaycan və İran dövlət rəhbərlərinə də tövsiyələr edərək deyib: “Azərbaycan Respublikasının dövlət xadimləri məmləkətlərini qorumaq üçün öz aralarında vəhdəti gücləndirməlidirlər. İran İslam Respublikası da Qarabağ münaqişəsində qarşıdurmanı dayandırmaq və məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün hərəkət etməlidir”.