Xoyun imam cüməsi Qarabağda baş vermiş son toqquşmalara işarə edərək, deyib: region ölkələri yeni müharibə törətmək icazəsi verməməlidirlər.
AranNews- höccətülislam Seyid Rəzi Musəvi Şəkuri bu gün cümə namazı xütbələrində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Qarabağda baş vermiş son toqquşmalara işarə edərək, deyib: 1988-ci ildə bu məntəqədə Azərbaycan və Erməni stan arasında qanlı müharibə baş verdi. Bu müharibə nəticəsində on minlərlə insan öldü və yüz minlərlə insan yaralandı.
Höccətülislam Şəkuri Ermənistanın Rusiya ilə strateji əlaqələrə malik olduğuna işarə edib və deyib: Belə bir əlaqə Azərbaycan, Türkiyə və Amerika arasında da mövcuddur. Buna görə də, bu məsələ Qarabağ toqquşmalarını bir qədər mürəkkəbləşdirmiş olub. Buna görə də region ölkələri xüsusi ilə də bu iki ölkə ilə qonşu olan ölkələr Amerikanın bu məntəqədə yeni bir cəbhə açmasına icazə verməməlidirlər.
O əlavə edib: Qarabağda toqquşmaların davam etməsi sadəcə Qüdsü işğal etmiş rejimin xeyrinədir.