Tarix : 2016 Apr 09
Kod 48448

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və azad edilməlidir

Vəli Fəqihin Azərbaycandakı nümayəndəsi, Qarabağı Azərbaycanın ayrılmaz hissəsi adlandırıb və bu məntəqənin ermənilərin işğalından azad edilməsinə təkid edib.
AranNews- Höccətülislam Seyid Əli Əkbər Ocaqnejad Bakıda cümə namazı iştirakçıları qarşısında çıxışı zamanı dünya ictimaiyyətinin Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğal edilməsi qarşısında sükut etməsini və Minsk Qrupunun ermənilərin tərəfini saxlamasını tənqid edərək, deyib: Azərbaycan öz torpaqlarını işğaldan azad etmək haqqına malikdir.
Vəli Fəqihin Azərbaycandakı nümayəndəsi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında çıxan son toqquşmalara işarə edib və deyib: Azərbaycan başqa bir ölkənin ərazisinə daxil olmayıb, işğal altında olan öz ərazilərini işğaldan azd etməyə çalışır.
Höccətülislam Ocaqnejad daha sonra ölkələrin beynəlxalq qanunlara hörmət etmələrinə təkid edib və deyib: Ölkələr bir-birilərinin sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşmalıdırlar.
Vəli Fəqhin Azərbaycandakı nümayəndəsi İslam İnqilabının Böyük Rəhbərinin sözlərinə işarə edərək, deyib: Qarabağ İslam torpağıdır və onun azadlığı uğrunda gedən savaşlarda ölənlər şəhid sayılırlar.
Höccətülislam vəlmüslimin Ocaqnejad sonda Allah Taladan son toqquşmalarda şəhid olanlara rəhmət, yaralılara isə can sağlığı diləyib.
  • Yazılıb
  • da (də) 2016 Apr 09
  • Göndərən مدير سايت Aran News