Təbrizin imam cüməsi İranın istənilən növ işğalçılıq ilə müxalif olduğunu bildirib və deyib: Düşmənlər müharibənin ayağını Qafqaz məntəqəsinə açmağa çalışırlar.
AranNews- Vəli Fəqihin Şərqi Azərbaycan əyaləti üzrə nümayəndəsi və Təbrizin imam cüməsi İranın istənilən növ işğalçılıq ilə müxalif olduğunu bildirib və deyib: Düşmənlər müharibənin ayağını Qafqaz məntəqəsinə açmağa çalışırlar.
Ayətullah Möhsün Müctəhid Şəbistəri Təbrizin cümə namazı xütbələrində Qarabağ məntəqəsindəki qanlı münaqişəyə işarə edib və deyib: Ötən günlər ərzindəki Qarabağ münaqişəsi, 1994-cü ildə Azərbaycan və Ermənistan arasında baş vermiş müharibədən bəri misilsiz hadisə idi.
Bu hadisə nəticəsində hər iki tərəfdən onlarla nəfər həlak oldu və yaralandı.
Ayətullah Müctəhid Şəbistəri bəzi analitiklərin bu toqquşmalarla bağlı təhlillərinə işarə edərək, deyib: Bəzi analitiklər bu fikirdədirlər ki, Rusiya Bakıya təzyiq göstərmək və Türkiyəyə siyasi-iqtisadi yardımları azaltmaq üçün bu müharibəni törədib. Və ya Rusiya qarşısında əzələ nümayiş etdirmək istəyən Türkiyənin rolunun olduğu söylənilir.
Təbrizin imam cüməsi əlavə edib: Amma, məsələnin əsli bundan ibarətdir ki, münaqişə ilə bağlı dərin araşdırmalar apardıqda onun köklərinin 20-ci əsrə qayıtdığını, İsrail rejiminin İran sərhədləri yaxınlığına baş vermiş bu müharibədən razılıq etdiyini görürük.
Ayətullah Şəbistəri həmçinin deyib: Düşmənlər, xüsusi ilə də İsrail rejimi Qarabağ münaqişəsindən faydalanmağa çalışır və Qarabağdakı ixtilafların davam etməsindən sui-istifadə etmək , regionda müharibə odunu alovlandırmaq istəyir.
O daha sonra deyib: Hegemonçuluq quruluşu xüsusi ilə də sionist rejim Asiyanın qərbində cərəyan edən müharibələri nəzərə alaraq, savaş meydanını Qafqaz məntəqəsinə qədər uzatmağa çalışırlar.
Vəli Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi İran İslam Respublikasının istənilən növ işğalçılıq ilə müxalif olduğunu və Azərbaycanı h imayə etdiyini vurğulayıb və deyib: İslam İnqilabının Böyük Rəhbərinin buyurduqları kimi, Qarabağ İslam dünyasına aiddir və biz Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik.Təbrizin imam cüməsi Qarabağ münaqişəsinin dinc yolla həllinə təkid edərək, deyib: İran Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə istənilən təklifi müsbət qarşılayır və münaqişə tərəfləri ixtilaflarını danışıqlar yolu ilə həll etməlidirlər.