Hit şəhərinin mərkəzi hissəsinin İŞİD terrorçularından təmizləndiyi bildirilir.
Arannews- Iraq ordusu və xalq qüvvələri əl-Ənbar vilayətindəki irəliləyişlərinin davamında Hit şəhərinin mərkəzinə daxil olublar.
İraqın terrorizm ilə mübarizə təşkilatının qüvvələri bir həftə davam edən ağır döyüşlərin ardınca nəhayət Hit şəhərinə daxil olublar.
İraq ordusu və könüllü xalq qüvvələri həmçinin, əl-Ənbar vilayətində "160-cı kilometr" adı ilə tanınan məntəqəyə daxil olublar.
Daxil olan məlumatlara görə İraq ordusu yaxın zamanlarda əl-Ənbar əyalətində yerləşən Rətbə şəhərinin azad edilməsi əməliyyatına başlayacaq.