Tarix : 2016 Apr 09
Kod 48452

Sionistlərin fələstinlilərə qrşi hücumlari davam edir

sionist rejimi hərbçiləri Qərb Sahilinin müxtəlif məntəqələrinə hücum edərək, 6 fələstinlini o cümlədən 2 tələbəni həbs ediblər.
Arannews- sionist rejimi hərbçiləri Qüds İntifazəsini susdurmaq məqsədi ilə Qərb Sahilində bir qrup fələlstinlini həbs ediblər.
Sionist hərbçiləri Qərb Sahilinin müxtəlif məntəqələrinə hücum edərək, 6 fələstinlini o cümlədən 2 tələbəni həbs ediblər.
Sionist hərbçilər həmçinin, Beyt Ləhmin cənubunda yerləşən Dəhişə düşərgəsinə basqın edərək, fələstinlilərə tərəf atəş açıblar. Onlarla fələstinlinin yaralandığı bildirilir.
Sionist rejim hərbçiləri həmçinin, tabeliklərində olan hərbi maşınla fələstinli bir gənci əziblər.
Digər tərəfdən sionist rejim ordusu yəhudilərin "Fəsh" bayramının gəlib çatmasına görə, tam hazır vəziyyətə gətirilib.
Fələstin əraziləri 2015-ci ilin oktyabr ayından sionist rejim cinayətləri əleyhinə Qüds İntifazəsinin şahididir. Bu günə qədər Qüds İntifazəsinin susdurulması istiqamətində 210 fələstinli şəhid edilib.


  • Yazılıb
  • da (də) 2016 Apr 09
  • Göndərən مدير سايت Aran News