Tarix : 2016 Apr 09
Kod 48454

İŞİD cinayətlərini davam edir

İŞİD terrorçuları Hələbdə sivil əhaliyə qarşı zəhərli qazlardan istifadə edərək, 9 nəfərin şəhid olmasina yol açıblar.
Arannews- İŞİD terrorçuları Hələbin Şeyx Məqsud məntəqəsində sivil əhaliyə qarşı zəhərli qazlardan istifadə edərək, 9 nəfərin şəhid olmasina yol açıblar. Bu hadisədə 30 nəfərin də zəhərləndiyi bildirilir.
Digər tərəfdən Suriya ordusu Hələb əyalətində İŞİD-in mövqelərinə havadan zərbələr endirib. Bu hücumlar nəticəsində İŞİD Hələbin şimalından geri çəkilməyə məcbur olub.
Bir neçə gün öncə də İŞİD terrorçuları Deyrəzzur hərbi bazasına hücum zamanı kimyəvi qazdan istifadə etmişdilər.
Suriya ordusunun İŞİD terrorçuları ilə savaşda son zamanlar ciddi uğurlar əldə etməsi terrorçuların yeni cinayətlərə əl atmalarına səbəb olub.


  • Yazılıb
  • da (də) 2016 Apr 09
  • Göndərən مدير سايت Aran News