Tarix : 2016 Apr 10
Kod 48456

Türkiyənin media propaqandası; sözdən əmələ keçməyən iddia

Türkiyə yenə də media oyununu işə saldı və Rəcəb Təyyib Ərdoğan elan etdi ki, lazım gələrsə Azərbaycanı müdafiə etmək üçün öz ordusunu hərəkətə gətirəcək.
AranNews- Cəbhə xəttində Azərbaycan ordusunun Ermənistan ordusu və Qarabağ seperatçıları ilə toqquşmalarının yenidən başladığı bir dövrdə Türkiyənin media oyunu da onunla paralel olaraq başlamışdır.
Toqquşmanın başlandığı ilk anlardan bir sıra region və transregion dövlətlər qarşıdurma tərəflərini atəşkəsə əməl etməyə və müharibəni davam etdirməkdən çəkinməyə çağırdılar. Amma Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan öz çıxışında ölkəsinin Azərbaycanı dəstəklədiyini və lazım gələrsə, Azərbaycanı müdafiə etmək üçün Türkiyə ordusunu hərəkətə gətirəcəyini dedi. Prezidentdən əlavə, bu ölkənin hərbi və siyasi rəsmiləri də Ankaranın Azərbaycanı dəstəklədiyinə təkid etdilər.
Həqiqət budur ki, 1991-ci ildə Qarabağda müharibə başlandıqdan sonra Türkiyə dövləti Azərbaycandan nəzərə çarpan xidmətlər almasına baxmayaraq, ermənilər müqabilində bu ölkəni tək qoydu.
Lakin İran İslam Respublikası Azərbaycanın köməyinə tələsdi, bu ölkəyə maddi və hərbi yardımlar göndərdi. Türkiyə müharibənin ilk illərində öz ordusunu Azərbaycana köməyə göndərəcəyini desə də hətta, bir top mərmisi də göndərmədi. Türkiyə media təbliği ilə özünü belə göstərdi ki, guya Azərbaycana kömək edir, lakin həqiqət belə deyildi.

İran, Türkiyənin əksinə olaraq hərbi, siyasi, məsləhət, maddi köməklərlə Azərbaycana dəstək verdi və bunun sənədlərindən bir hissəsi mediada yayımlanmışdır. Təssüfləndirici hal budur ki, Azərbaycan İrana təşəkkür etmək əvəzinə onu Ermənistana dəstək verməkdə ittiham edir.
Son günlərdə Azərbaycan və Ermənistan arasında toqquşmaların yenidən kəskinləşməsinin ardınca Türkiyə yenə də media oyununu işə saldı və Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan bildirdi ki, lazım gələrsə, Azərbaycanı müdafiə etmək üçün Türkiyə ordusunu hərəkətə gətirəcək. Halbuki, Türkiyə NATO-nun üzvüdür və NATO-nun icazəsi olmadan heç bir iş edə bilməz. Ona görə də demək olar ki, bu dəfə də Türkiyənin iddiası sözdən əmələ keçməyəcək.
  • Yazılıb
  • da (də) 2016 Apr 10
  • Göndərən مدير سايت Aran News