Rusiyanın ətraf rayonların azad olunması ilə bağlı hərəkətə keçməsi Ermənistanda və Qarabağdakı separatçılarda ciddi narahatlıq yaradıb.
AranNews- Üstəlik, cinayətkar Serj Sarkisyan hakimiyyəti artıq “istefa” tələbləri səslənən ölkədə diqqəti yayındırmaq, son itkilərə görə hakimiyyətdən hesab tələb edənlərin sıralarının artmasının qarşısnı almaq üçün hərəkətə keçib.
aprelin 10-da, saat 19.00-da İrəvanın mərkəzindəki S.Şaumyan adına meydanda son döyüşlərdə məhv edilmiş erməni döyüşçülərin xatirəsinin yad olunması məqsədilə aksiya keçiriləcək. Bununla bağlı yayılan müraciətdə deyilir ki, aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində gərginliyin artması və genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində Ermənistan itkilər verib, yaralılar və itkin düşənlər var.
Ermənistanın müxtəlif vilayətlərindən olan həmin hərbçilərə görə onların doğmalarına təşəkkür də elan olunub. Aksiyaya qatılanlardan özləri ilə şam və gül gətirmələri xahiş olunub. Tşkilatçıların müraciətində həmçinin qeyd olunub ki, Ermənistanın kilsələrində də matəm tədbirləri keçiriləcək. Ermənistan hakimiyyəti isə anım mərasimlərinin Sarkisyan hakimiyyətinə qarşı genişmiqyaslı aksiyalara çevriləcəyindən narahatdır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənisatanın itkilərinin 400 nəfərdən artıq olduğunu bildirib. Son günlərə qədər susan Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün etiraf edib ki, təkcə itkin düşənlərin sayı 25 nəfərdir. Məhv edilən düşmən hərbçilərinin dəqiq sayı isə çox güman ki, bu gün döyüş zonasında meyitlərin yığışdırılmasından sonra məlum olacaq.